Philings Texniki Raziyə Balayeva: " Mən standart iş görmürəm"
- Raziyyə xanım, zaman sizi haradan haraya gətirdi?
- Mən 2018-ci ildə "PhiBrows" akademiyasında qaş üzrə təhsil almağa başladım. Oranı bitirdikdən sonra müəllimimin yanında qalıb iki il işlədim. Akademiyada altı aya keçəcəyim mərhələləri mən 20 gün ərzində keçdim, sertifaktları aldım və mənə rütbə verilidi. Daha sonra təcrübəmi artırmaq üçün Türkiyədə kurs keçdim. Orada da bir ay ərzində rütbə aldım. 2021-ci ilin yanvar ayında "Phi akademiya"nın PhiLings texnikası kursunu uğurla keçib diplomumu aldım.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq üç ildir ki, bu sahədəyəm
- Bu üç il ərzində nə müşəhidə etdiniz?
- İnsanlarla işləmək asan deyil. Hər gün müxtəlif xarakterli insanlar gördüm. Hamısı ilə də uzlaşmağa çalışıram.
- Xarakter olaraq necə birisiniz?
- Çox səbrli və təmkinli bir insanam.
- Öz sahənizdə hansı işləri görürsünüz?
- Mən həm xanımlarla, həm də bəylərlə çalışıram. Biz tökülən saçları bərpa edirik. Amma biz bunu iynə vurmadan xüsusi aparat və preparatlarla işləyirik. Ağrısız şəraitdə tökülmüş saçları bərpa edirik. Bundan başqa, qalıcı qaşlar da edirik. Eyni zamanda, üzdəki çapıq, qırış, ləkələr, və sızanaqları müalicə edirəm. Göz qapaqlarının əməliyyatsız yığılmasını, striyalar və s. işləyirəm.
- Nəticəni neçə müddətdən sonra əldə edirisiniz?
- Heç üç həftə çəkməmiş işimizin nəticəsini görürük.
- Son zamanlarda xanımlarda sima baxımından sanki bir standartlaşma baş verir. Buna münasibətiniz necədir?
- Mən standart iş görmürəm. Hər sima individualdır. Xanımlara da məsləhət görürəm ki, öz təbiiliklərini qoruyub saxlasınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu işdə bu qədər uğur qazanacağam.
Əlaqə nömrəsi: (055) 708 00 70