Pediatr Səidə Əhmədova: “Yayda uşaqlarda allergiyaya tez-tez rast gəlinir. Bunun səbəbi nədir?”
- Səidə xanım, uşaqlarda allergiya hansı səbəblərə görə yaranır?
- Allergiya uşaqlarda – uşaq orqanizminin hər hansı bir qidaya və ya maddəyə qarşı cavab reaksiyasıdır. Uşaqlarda allergiya burunda qaşınma, gözdə sulanma, burun tutulması, asqırma kimi özünü biruzə verə bilir. Bu, normal allergik reaksiyalardır.
Şiddətli allergik reaksiyalar zamanı isə boyun, üz, dodaq nahiyəsində şişkinlik, bədənin müxtəlif nahiyələrində qızartı, çətin nəfəsalma, seyrək nəbzlə özünü biruzə verir.
- Tər səpkilərinin əmələ gəlməməsi üçün hansı tədbirlər görülməlidir?
- Yayda uşaqlarda tər səpkilərinə tez-tez rast gəlinir. Tər səpkiləri bədənin ən çox tərləyən nahiyələrində müşahidə olunur. Bunun qarşısını almaq üçün uşaqların otağı sərin olmalıdır. Bədəni hər gün ilıq su ilə yaxalanmalıdır. Sat 12-17 -ə qədər Günəş şüalarının təsirinə məruz qalmamalıdır.
- Ağcaqanad dişləməsindən sonra əmələ gələn qızartıları aradan qaldırmaq üçün nə etmək lazımdır?
- Ağcaqanad dişləməsi uşağın bədəninin açıq nahiyələrində müşahidə olunur. Həmin nahiyə qaşınan və qabarıq şəkildə olur. Ağcaqanad dişləməsinin dərəcəsi təyin olunmalıdır. Qaşınma, tepmeratur, halsızlıq varmı? Qan analizinə baxılmalıdır. İnfeksiyalaşma qeyd olunurmu? Ondan sonra müalicə üçün qərar verilir.
- Bu mözü ilə əlaqədar valideynlərə nə məsləhət görürsünüz?
- Ev şəraitində istənilən dərman preparatını uşağa verməsinlər. Səpkilərin səbəbi aydınlaşdırılıb, differensasiya olunmalıdır. Uşaqlarda səpkilər allergik mənşəli istilik və tər səpkiləri, ağcaqanad dişləməsi hər hansı infeksiyaya bağlı ola bilər.
Əlaqə nömrəsi: (055) 281 01 44