İlin Uğurlu gənc iş xanımı Elvira Mirzalı: "Çox güclü xaraktere sahibəm".
- Elvira xanım, zaman sizi haradan götürüb haraya gətirdi?
- Zaman məni uşaqlığımdan götürüb bu yerə gətirdi. Ön dörd yaşımdan etibarən işləyirəm. Onda yaşımın az olmasına baxmayaraq, özümü böyük kimi hiss edirdim.
- Bu sahəyə olan sevgi sizdə nədən qaynaqlandı?
- Mən işimi çox sevirəm. İnsanları gözəlləşdirməkdən zövq alıram.
- Tələbələriniz varmı?
- Bəli, var. Hər biri öz işində çox peşəkar və məsuliyyətlidir.
- İşlədiyiniz mərkəzdə hansı xidmət növləri var?
- Bizdə xanımlara aid olan bütün fəaliyyət növləri mövcuddur.
- Xarakter olaraq necə birisiniz?
- Çox duyğusal bir insanam. Amma bunu müştərilərimə heç vaxt yansıtmamışam.
- Sizi digər ustalardan fərqləndirən bir cəhətiniz varmı?
- Mən müştərilərimlə çox səmimi oluram. Heç kimlə rəqabət aparmıram. Hər bir ustanın öz işləmə mexanizmi var. Sizdə necədir?
- Mən ən düzgün olanını seçməyə çalışıram. Mənim də özümə aid bir üsulum var. Onu da əl işlərimlə göstərirəm.
- Sizi bu sahədə narahat edən məqam nədir?
- Ustalar bir-birinə qarşı dürüst olmurlar. Başqasının işini pisləyərək müştəriləri də aldadırlar.
- Xanımları ən gözəl göstərən nədir?
- Məncə, təbəssümləridir.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Xanımlara nə məsləhət görürsünüz?
- Xanımlar onsuz da hər şeyi gözəl bilir. Sadəcə onu deyə bilərəm ki, xanımlar heç vaxt üzülməsinlər. Həmişə gülsünlər. Çünki onların gülüşü dünyaya həyat bəxş edir.
- Mən on il öncə bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər uğur qazanacağam və bu qədər seviləcəyəm.
Əlaqə nömrəsi (055) 2454055