Müalicəvi idman üzrə mütəxəssis Xəyalə Dadaşova: "Uşaqlarla işləyirəmsə, səbrli və təmkinli olmalıyam”
- Xəyalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən orta məktəbi bitirdikdən sonra Pedoqoji Universitetə daxil oldum. Sonra ixtisasımı İdman Akademiyasını yönəltdim və oranı bitirdim. Voleybolla məşğul olmuşam. Hal-hazırda Azrəbaycan Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft Energetika kollecində fənn komissiyasının sədriyəm. Eyni zamanda, böyük problemli uşaqlara iş birliyimiz var. Artıq on ilə yaxındır ki, biz problemli uşaqlarla müalicəvi idman proqramı üzrə işləyirik.
- Valideynlər sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?
- Bütün sağlamlıq imkanları məhdud olan uşaqlar qrupundan müraciətlər alırıq. Daha çox daun və autizm sindromu olan, dayaq-hərəkət aparatı pozulmuş uşaqların valideynləri müraciətlər edir. Biz də onlara əlimizdən gələn köməkliyi göstəririk. Şükürlər olsun ki, nəticəsini də görürük.
- Bu problemlər nədən qaynaqlanır?
- Bir çox valideynlər problemin üzərinə vaxtında düşmürlər. Uşaqda hansısa bir problem gördükdə ona laqeyd yanaşırlar. Buna görə də, bu fəsadlar ortaya çıxır.
- Neçə yaşına qədər həmin problemlərin həlli mümkündür?
- Zamanında üzərinə düşülsə və müalicə olunsa, problem tez bir zamanda aradan qalxar.
- Bəs nəticənin əldə olunması nə qədər zaman alır?
- Bu, hər uşaqda individualdır. Əsas odur ki, problemin kökü tapılsın və müalicə düzgün aparılsın.
- Xarakter olaraq necə birisiniz?
- Uşaqlarla işləyirəmsə, səbrli və təmkinli olmalıyam . Müaliyim insanam. Kinli deyiləm.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Sağlamlıq imkanları məhdud olan uşaqları mütləq tibbi müayinədən keçirtsinlər. Tibbi müayinədə verilən tibbi diaqnostikanın böyük önəmi var. Sonrakı reabilitasiyada tibbi müayinənin üzərində iş aparılsın. Valideynlər səbrli və təmkinli olsunlar. Heç vaxt öz övladlarından utanmasınlar. Vaxtında olunan müraciət gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
Əlaqə nömrəsi: (050) 624 00 67
(050) 308 87 47