Beauty expert Yeganə Kərimova: "Müştəri məmnuniyyəti mənim üçün çox önəmlidir"
- Yeganə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim bu sahəyə marağı uşqalıdan olub. Özüm jurnalistika üzrə təhsil almışam. Amma müəyyən səbəblərdən təhsilimi yarımçıq qoymuşam. Bu işə yeddi il bundan öncə massajla başladım. Sonra isə yavaş-yavaş kosmetologiyaya meyl etdim. Nəhayət, lazer üzərində dayandım.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Səkkiz ilə yaxındır ki, bu işlə məşğulam.
- Fəaliyyətiniz nədən ibarətdir?
- Məni lazerlə yanaşı, dörd ildir ki, hicama elminin sirlərini də öyrənirəm. Hicama sahəsində özüm də təlim vermişəm. Beş yüzdən artıq pasientim olub. Bundan başqa, çapıqların aradan qaldırılması ilə bağlı Braziliya metodunu Azərbaycana gətirmişik. Bu üsul barədə Rusiyada təlim almışam. Nəticə gec olsa də, çox keyfiyyətli olur. Bunlardan əlavə, bölgəsəl arıqlama mütəxəsissləri də yetişdirirəm.
- Xanımlar daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox bölgəsəl arıqlama ilə bağlı müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- Mənə heç kim toxunmasa, mən də toxunmaram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Beş övladım var.
- Bu işlə ailə həyatı alınırmı?
- Qadın istəsə, hər bir şey edə bilər. Yetər ki, istək olsun.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən heç kimlə rəqabət aparmıram. Paseintlərimin sevgisini qazanıramsa, kifayətdir. Müştəri məmnuniyyəti məni üçün çox önəmlidir.
- Bəzi lazeroqlar deyirlər ki, tükləri kökündən birdəfəlik məhv etmək olur. Buna münasibətiniz necədir?
- Belə bir şey mümkün deyil. İnsan var olduqca, tüklər də olacaq. Biz calışırıq ki, tüklər maksiumum gec çıxsın.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, ucuz reklamlara, ucuz qiymətə aldanmasınlar. Nədənsə ötrü müraciət etdikdə o iş barədə məlumat alsınlar. Maariflənsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, düşməndən çox dost qazanacağam.
Əlaqə nömrəsi: (070) 6779955