Psixoloq Vəfa Xudiyeva: “İnsanlar psixoloqlara müraciət etməkdən çəkinmirlər”

Psixoloq Vəfa Xudiyeva: “İnsanlar psixoloqlara müraciət etməkdən çəkinmirlər”

– Vəfa xanım, necə oldu ki, psixoloq oldunuz?

– Mənim ilk təhsilim pediatriya olub. 2009-2015-ci illər ərzində Naxçıvan Dövlət Universitetinin pediatriya fakültəsində oxumuşam. Amma uşaqlıqdan psixologiyaya marağım olub. Həkim ailəsində böyüdüyümə görə hər zaman insanlara sağlamlıq baxımından yardım etməyi istəmişəm. Elə oldu ki, arzuma çatdım. Psixoloq oldum. Hal-hazırda Bakı Dövlət Universitetinin məzunuyam və bu sahədə təhsilimi davam etdirirəm.

– Neçə müddətdir ki, psixoloq olaraq fəaliyyət göstərirsiniz?

– Universitetə qəbul olandan bu yana psixoloq olaraq fəaliyyət göstərirəm.

– Son zamanlarda sizə daha çox hansı problemlərlə bağlı müraciətlər olur?

– Daha çox ailədaxili, şəxslərarası və yeniyetmələrlə bağlı problemləri müşahidə edirik.

– Bu işin çətin tərəfi nədir?

– İnsanları psixoloqa gəlməyə razılaşdırıb, inandırıb gətirə bilməkdir. Çünki bəzi insanları sadəcə ailə üzvləri gətirir, amma onun özü inanmır. Onu inandırıb gətirmək çətin məsələdir.

– Xarakter olaraq necə biridir Vəfa xanım?

– İşini sevən və insanlara kömək etməyi sevən biriyəm. İddialı və məqsədyönlüyəm.

– İş prinsipiniz nədən ibarətdir?

– Məni maraqlandıran əsas məsələ insanların sağlamlığıdır. Pasientlərə pul kisəsi kimi baxmıram.

– Beynəlxalq konfranslarda, seminarlarda iştirak edirsinizmi?

– Ölkədə təşkil olunan konfransların çoxusunda iştirak etmişəm. Bundan başqa, ölkə xaricinə də üz tutub getdiklərim olub və indi də davam edir.

– Əvvəllər psixoloqlara müraciət edənlərin sayı bu günki günə nisbətən az idi. Amma indi artım müşahidə olunur. Bunu nə ilə əlaqələndirirsiniz?

– Bəli, indi cəmiyyətdə psixoloqlara yanaşma tərzi də müsbətə doğru dəyişib. İnsanlar psixoloqlara müraciət etməkdən çəkinmirlər. Bizim fəaliyyətimizin yaxşı olması  bu sayın daha da artmasına zəmin yaradır.

– Nəyə birmənalı olaraq “yox” deyirsiniz?

– Məntiqə sığmayan hər şeyə “yox” deyirəm.

– Sizə yalnız xanımlar müraciət edirlər, yoxsa bəy pasientləriniz də olur?

– Bəylər də müraciət edirlər. Hətta mən deyərdim ki, bəy pasientlərim xanımlara nisbətən çox olur.  Çoxları elə bilir ki, bəylər psixoloqa müraciət etmir, amma bu, yalnış fikirdir.

– Ümumiyyətlə, sizə daha çox hansı problemlərlə bağlı müraciətlər olur?

– Daha çox ailədaxili münasibətlər, şəxslərarası münasibətlərin pozulması, depressiyalar və s. ilə bağlı müraciətlər olur.

– Oxuculara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki,  çox mütaliə etsinlər və hansısa bir problemi özləri həll edə bilmədikdə mütləq mütəxəssislərə müraciət etsinlər.

-Mən bu peşəyə gələrkən ağlıma gəlməzdi ki, bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, bu işi bu qədər sevəcəyəm və özümü inkişaf etdirmək üçün bu qədər vaxt sərf edəcəyəm.

Əlaqə: (055) 9678822

İnstagram: _ps.vafa.khudiyeva_

Psixoloq Vəfa Xudiyeva: "İnsanlar psixoloqlara müraciət etməkdən çəkinmirlər"
Psixoloq Vəfa Xudiyeva: "İnsanlar psixoloqlara müraciət etməkdən çəkinmirlər"
Psixoloq Vəfa Xudiyeva: "İnsanlar psixoloqlara müraciət etməkdən çəkinmirlər"
Psixoloq Vəfa Xudiyeva: "İnsanlar psixoloqlara müraciət etməkdən çəkinmirlər"
Psixoloq Vəfa Xudiyeva: "İnsanlar psixoloqlara müraciət etməkdən çəkinmirlər"
Psixoloq Vəfa Xudiyeva: "İnsanlar psixoloqlara müraciət etməkdən çəkinmirlər"
Psixoloq Vəfa Xudiyeva: "İnsanlar psixoloqlara müraciət etməkdən çəkinmirlər"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*