Mammoloq-onkoloq dr.Rəna Niftəliyeva: “Xərçəng xəstəliyinin çarəsini tağacağam”

Mammoloq-onkoloq dr.Rəna Niftəliyeva: “Xərçəng xəstəliyinin çarəsini tağacağam”

– Rəna xanım, necə oldu ki, həkim oldunuz?

– Bu arzu mənim beş yaşım olanda formalaşdı. Anamın səhhətində müəyyən problemlər var idi. Deyirdim ki, həkim olacağam, səni sağaldacağam. Beləliklə, böyüdüm. Orta məktəbi bitirdikdən sonra 1990-cı ildə Tibb Universitetinə daxil oldum. 1996-cı ildə oranı fərqlənmə diplomu ilə bitirdim. İxtisas seçiminə gəldikdə isə onkologiyanı seçdim. Çünki həm o zamanlarda onkologiya nisbətən zəif inkişaf etmişdi, həm də düşünürdüm ki, bu xəstəliyin çarəsini tapacağam. Beləliklə, onkoloq olaraq fəaliyyətə başladım. Həmin ərəfədə öz səhhətimdə bir problem yarandı və mən bir həkimin yazdığı bioloji preparatlarla müalicə aldım. Effektini gördüm. Həmin dərman şirkətinin kurslarına qatıldım. Həmin bioloji preparatları onkoloji xəstələrin müalicəsində ətbiq etməyə başladım. Bununla da onlara ağrsız və kimyəvi dərmansız həyat bəxş etdik. Xərçəngin qarşısını almaq üçün bioloji təbabət çox yaxşı vasitədir. Biz əsasən xərçəngönü xəstəlikləri müalicə edirik ki, xərçəng xəstəliyi yaranmasın. Çünki bu xəstəliyin müalicəsi çox çətindir və çox vaxt uğursuzluqla nəticələnir. Artıq klinikamıza xarici vətəndaşlar da müalicə üçün müraciət edirlər və bioloji tənzimləyici preparatlarla uğurla müalicə olunurlar. Xərçəngələ müalicədə düzgün həyat tərzi, xroniki xəstəlikləri vaxtında müalicə etmək və maariflənmək çox önəmlidir.

– Artıq neçə ildir ki, həkim olaraq fəaliyyət göstərirsiniz?

– Artıq 15 ildən artıqdır ki, bu sahədəyəm.

– Xarakter olaraq necə biridir Rəna xanım?

– Ailədə sərt olsam da, işdə kifayət qədər üzüyumuşaq biriyəm. Amma Mənim bu klinikada həm də vəzifəm var. Baş həkimin müalicə işləri üzrə müaviniyəm. Mənim telefonum 24 saat açıq olur. Hər bir pasientə öz doğmam kimi yanaşıram.

– Hər bir həkimin öz iş prinsipi var. Sizin iş prinsipiniz nədən ibarətdir?

– Xəstəni narahat edən simptomların səbəbini tapmaq və bu səbəbləri kökündən aradan qaldırmaqla müalicə etmək.

– Bir həkim olaraq sizi narahat edən nədir?

– Tibbi maariflənmə səviyyəsinin az olması məni çox narahat edir. Gənclər emerji içkilərinə və siqarete çox meyllidirlər. Xüsusən də xanımların qəlyandan istifadə etməkləri üzücü haldır. Bir neçə il bundan öncə xanımlarda ağ ciyər xərçənginə nadir hallarda rast gəlinirdi. İndi isə belə halları tez-tez müşahidə edirik.

– Oxuculara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, konservləşdirilmiş, fast food qidalardan, siqaretdən, rəngli və qazlı sulardan, enerji içkilərindən uzaq dursunlar. Ən əsası, ildə ən azı bir dəfə proflaktik müayinələrdən keçsinlər.

– Mən Hippokrat andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

– Həkimlik çox müqəddəs və şərəfli bir peşədir. Pasientlərə pul mənbəyi kimi baxmaq olmaz. Həkimliyə haram qatsan, əlinin şəfa gücü gedə bilər.

Həkimlə əlaqə: (55) 7528687

Mammoloq-onkoloq dr.Rəna Niftəliyeva: "Xərçəng xəstəliyinin çarəsini tağacağam"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*