Kosmetoloq Nailə Cəfərova: “Mən təbiiliyin tərəfdarıyam”

Kosmetoloq Nailə Cəfərova: “Mən təbiiliyin tərəfdarıyam”

– Nailə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

– Ümumiyyətlə, bu iş mənə həmişə maqalı olub. Xanımları daha da gözəlləşdirmək istəmişəm. Ali məktəbi bitirdikdən sonra kosmetologiyaya aid kurslara, seminarlara qatıldım. Bu işin incəliklərini mənimsədim. Qısa zaman kəsiyində özümü məhz bu sahədə tapdım.

– Artıq neçə ildir ki, kosmetoloq olaraq fəaliyyət göstərirsiniz?

– Artıq on ildir ki, bu sahədəyəm.

– Bu işin çətin tərəfi varmı?

– Hər bir işin çətin tərəfi olduğu kimi bu işin də çətinlikləri var. Amma məni tanıyan hər kəs bilir ki, mən çətin işləri xoşlayıram. Həmişə çətin işləri öz öhdəmə götürürəm və öhdəsində də gələ bilirəm.

– Xarakter olaraq necə birisiniz?

– Səmimi biriyəm. Bütün pasientlərimi öz doğmam kimi qəbul edirəm və onlarla səmimi ünsiyyət qururam.

– Son zamanlarda xanımlarda bir standartlaşma var sanki. Eyni burun, eyni dodaq, eyni yanaq və s. Bu, nədən irəli gəlir?

– Bəli, sizinlə razıyam. Çox vaxt bizə gəlib deyirlər ki, bizi filankəsə oxşadın. Amma mən bunu qəbul etmirəm. Çünki hər sima individualdır və ona uyğun prosedurlar icra olunmalıdır. Hər halda, mən təbiiliyin tərəfdarıyam.

– Kosmetologiyaya dair bütün prosedurları icra edirsiniz?

– Bəli, demək olar ki, bütün prosedurları icra edirəm.

– Çox kosmetoloqlar bədən dolğusu etmir. Bunun səbəbi nədir?

– Mən bədən dolğusu edirəm. Bədən dolğusu çətin və məsuliyyətli işdir.

– Bir kosmetoloq olaraq sizi narahat edən məsələ nədir?

– Bəzi kosmetoloqlar çox vaxt pasientləri yaxşı dinləmirlər. Hər bir pasientin istəyini nəzərə almaq lazımdır.

– Xanımlara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, özlərini sevsinlər və özlərinə baxsınlar. Əsas budur.

– Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, mənim sənətim həyatımın işi olacaq.

Həkimlə əlaqə: (051) 4567980

Kosmetoloq Nailə Cəfərova: "Mən təbiiliyin tərəfdarıyam"
Kosmetoloq Nailə Cəfərova: "Mən təbiiliyin tərəfdarıyam"
Kosmetoloq Nailə Cəfərova: "Mən təbiiliyin tərəfdarıyam"
Kosmetoloq Nailə Cəfərova: "Mən təbiiliyin tərəfdarıyam"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*