
Həkim-kosmetoloq Samirə Mehrəli: “Təbiiliyi qorumağın tərəfdarıyam”
– Samirə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
– Mən Tibb Universitetini bitirdikdən sonra bir müddət poliklinkada işlədim. Daha sonra kosmetologiya sahəsinə marağım yarandı və bu sahəyə gəldim.
– Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
– Yeddi ildən çoxdur.
– Bu yeddi il ərzində nə müşahidə etdiniz?
– Xanımları daha müasir üsullarla və vasitələrlə gözəlləşdirməyin mümkün olduğunu müşahidə etdim.
– Son zamanlarda xanımlar sizə daha çox nə ilə bağlə müraciət edirlər?
– Daha çox əməliyyatsız burun korreksiyası, alında və gözətrafında olan qırışlar, dəridə olan çapıqlar, üz ovalının kəskinləşdirilməsi və s. ilə bağlı müraciətlər olur.
– Bütün kosmetoloji prosedurları icra edirsiniz?
– Demək olar ki, edirəm. Lakin hər bir kosmetoloqun öz cığırı var. Mən daha çox kontur-plastika ilə məşğul oluram.
– Bədən dolğuları da edirsinizmi?
– Hələ ki, etmirəm. Amma yaxın zamanlarda bədən dolğuları da icra edəcəyəm.
– Bir kosmetoloq olaraq nəyin əleyhinəsiniz?
– Süni dolğuların və xanımların müəyyən prosedurlardan həddindən artıq istifadə etməklərinin əleyhinəyəm. Hər bir sima individualdır. Təbiiliyi qorumağın tərəfdarıyam.
– Tələbələriniz varmı?
– Bəli, tələbələrim olub.
– Beynəlxalq konfranslarda iştirak edirsinizmi?
– Bəli, bacardığım qədər çox iştirak edirəm. Çünki konfranslar bizim maariflənməyimiz üçün çox önəmlidir.
– Son zamanlar kosmetoloqların sayı çoxalmaqdadır. Amma həkim olmayan “kosmetoloq”lar da var. Bu məsələyə münasibətiniz necədir?
– Mən çox istərdim ki, bu məsələyə bir tədbir görsünlər. Çünki həkim olmayan “kosmetoloq”ların etdikləri yalnışları biz düzəltmək məcburiyyətində qalırıq.
– Xanımlara nə məsləhət görürsünüz?
– Məsləhət görürəm ki, öz individuallıqlarını qorusunlar. Onda daha gözəl olacaqlar. Ən əsası, kosmetoloqa vaxtında müraciət etsinlər.
Əlaqə: (055) 3800408