Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Aysel xanım, zaman sizi hər şeyi bəxş etdimi?

– Bəli, istədiklərimə nail olmuşam, amma hələ nail ola bilmədiklərim var.

– İndi nədən məmnun deyilsiniz?

– Karyera baxımından məmnun olmadığım məqamlar var.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Bir neçə müğənninin meneceri olaraq çalışmısınız, klipdə çəklimisiniz. Niyə davam etdirmədiniz bu sahəni?

– Bəli, reklam və kliplərə çəkilmişəm. Həm öz istəyim olub, həm də təsadüf. Davam etməməyimə səbəb isə başqa sahəyə yönəlməyim oldu. Eyni vaxtda bir neçə işlə məşğul olmağı xoşlamıram.

– Uşaqlıqdan bu sahəyə marağınız olubmu?

– Uşaqlıda rejissor olmaq istəmişəm. Amma osnra tibb sahəsini seçdim. Artıq gec idi.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Ümumiyyətlə, şou-biznesdə olarkən nə gördünüz?

– Anladım ki, bu sahədə şox süniliklər var. Bu sahəyə düşən insan istər-istəməz ona uyğunlaşmağa məcburdur.

– Baş çıxarda bildinizmi bu süni həyatdan?

– Təcrübə tolpladıqca baş çıxartmağı bacarırsan.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Neçə ildir ki, ailəlisiniz?

– İki ildir.

– Ailə ilə bu sənət uyğun gəlirimi?

– Yanında səni anlayacaq biri olanda, əlbəttə, uyğun gəlir.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Yoldaşınız sizi qısqanırmı?

– Mən o şəraiti yaratmıram. Güvən mənim üçün birinci şərtdir. Amma ara-sıra qısqanclıqlar olur.

– İndi məşhur olmaq üçün “sponsor” lazımdı. Razısınız?

– Tam razıyam. Sənətə qiymət verən yoxdur. Gərək “sponsor”un olsun.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Subay olsa idiniz, “sponsor”la gündəmə gəlməyə razı olardınızmı?

– Mən bu sənətdə olanda subay idim. Amma elə şeylərə heç vaxt marağım olmayıb. Təkliflər almışam, lakin soyuq insan olduğum üçün özümə müəyyən sərhədlər qoymuşam.

– Bu soyuqluq nədən irəli gəlir?

– Bəlkə də ailəmin mənə verdiyi sərbəstlikdən.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Geyim baxımından bir kompleksiniz varmı?

– Xeyr, heç bir kompleksim yoxdur.

– Kişi baxışları sizi narahat etmirmi?

– Hərdən edir (gülür). Amma mən daha çox xanımlara görə geyinirəm. Onların yanında gözəl görünmək, özümə güvənmək mənə zövq verir. Bir sözlə, qadın baxışlarını daha çox sevirəm.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Lezbiyanlardan təklif almısınızmı?

– Almamışam. Amma onların işinə qarışmıram. Kimə necə rahatdırsa, elə də yaşayır.

– Həyatın dadını çıxarda bilmisinizmi?

– İstədiyim qədər çıxartmışam.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Ailəniz mane olurmu azadlığınıza?

– Heç kim mane olmu. Sadəcə olaraq özümə bir sərhəd qoymuşam. Özüm barəsində mənfi fikir formalaşdırmaq istəmirəm.

– Haqqınızda danışırlarmı?

– Ən çox sərt olduğumu deyirlər.

– Sizi nə yumşalda bilər?

– Səmimilik.

– Axı səmimilik çox az qalıb…

– Düzdür, az olsa da, var. Mən hər adamı yaxınıma buraxmıram. İnsanların fikirlərini oxuya bilirəm. Altıncı hissim güclüdür.

– İndiki filmlərdə açıq-saçıq səhnələrə münasibətiniz necədir?

– İnsanları təəccübləndirməkdən üçün atılan bir addım olduğunu düşünürəm. Amma yaxşı filmlərimiz də var.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Təsirə sala bilirsinizmi?

– Bəli, istəsəm, çox şey edə bilərəm.

– Kiminləsə oyun oynamısınızmı?

– Oyun oynadıqlarım olub.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Vicdanınız nəyə yol vermir?

– Mənə olunan pisliyə qarşı pislik edə bilmirəm. Kinli ola bilərəm, amma əlimdən pislik gəlmir.

– Sizcə, bir qadını gözəl göstərən nədir?

– Məncə, baxışları.

– Baxışlarınız danışırmı?

– Mənə deyirlər ki, sən baxışlarınla danışırsan. Əgər bir insandan xoşum gəlmirsə, onun məndən xoşu hələ bilməz. Çünki mən bunun hiss etdirirəm.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Sizdə qadın qısqanclığı varmı?

– Yoxdur, əksinə istəyərəm ki, yanımdakı xanım gözəl görünsün.

– Çoxmu arzu dəfn etdiniz?

– Yətəri qədər etmişəm. Hamısı öz vaxtında vacib arzular olub.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Bir dəfə sevmisiniz?

– Güclü hislər yaşamışam. Qarşılıqı hislər olub, amma alınmayıb. Amma mən ö mövzunu artıq çoxdan unutmuşam.

– Boşanmaq təhlükəsi ilə rastlaşmısınızmı?

– Olmayıb. Çünki biz bir-birimizi yaxşı başa düşürük.

– Necə tanış oldunuz yoldaşınızla?

– O, türk vətəndaşıdır. Ortaq dostlarımızın vasitəsilə yarandı tanışlığımız.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– İlk baxışdan aşiq oldunuz?

– Mən yox, amma o oldu.

– Surətpərəstsiniz?

– Xeyr, mənim üçün əsas insanın daxilidir.

– Hansı insanlardan qaçırsınız?

– Göründüyü kimi olmayanlardan.

– Nəyi zamanın axarına buraxmısınız?

– Bəzi arzularımı. Mümkün olduğu halda, üstünə düşmədiyim arzularımı. Zamanı çatanda onları da reallaşdıracağam, inşallah.

Fotomodel-aktrisa Aysel İsgəndərova: “ Deyirlər ki, sən baxışlarınla danışırsan

– Qaşdıqca nəyə çata bilmirsiniz?

– Problemlərin həllinə.

– Elə bir şey olubmu ki, yox demisiniz, amma sonradan onu etmisiniz?

– Olub və o şey mənə mənəvi ziyan vurub.

– Pis vərdişləriniz varmı?

– Siqaret çəkmirəm, hərdən içki içirəm.

– Kişi xəyanətini bağışlayarsınızmı?

– Sevirəmsə, bağışlayaram. Amma uzağı iki dəfə keçərəm.

– Bəs kişi olsanız, qadın xəyanətini bağışlayarsınızmı?

– Bağışlamazdım, amma günahı özümdə görərdim. Çünki qadın yaxşı kişidən getməz.

– İpi dartdıqca, haraya doğru gedir?

– Arzularıma doğru…

– Nədən ikiəlli yapışmısınız?

– Ailəmdən. Valideynlərimdən. Onlara çox bağlıyam. Həyat yoldaşım da onların yerini verə bilməz.

– Nə olmamalı idi, oldu?

– Qismət nə idisə, oldu.

– Yatsanız, yuxunuza nə girməzdi?

– Yatsam, yuxuma girməzdi ki, mən belə güclü olaram.

Cavidan Abdullayev

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*