Endokrinoloq-dietoloq Lalə Şamxalova: “Müalicəni axıra qədər davam etmək lazımdır”

Endokrinoloq-dietoloq Lalə Şamxalova: “Müalicəni axıra qədər davam etmək lazımdır”

– Lalə xanım, şəkərli diabet xəstəliyi nədir?

– Şəkərli diabet xəstəliyi çox geniş yayılmış bir xəstəlikdir. Lakin geniş yayıldığı qədər də gizli olur. İnsanlar çox zaman bu xəstəliyin əlamətlərinə laqeyd yanaşırlar. Biz gizli şəkəri vaxtında aşkarlayıb şəkər xəstəliyinin yaranmasının qarşısını alırıq. İnsanlar bu mövzuda diqqətli olmalıdırlar. Onlarda çəki artımı-azalması, həddindən artıq əsəb gərginliyi müşahidə etdikdə, ailələrində kimdəsə bu xəstəliyin olduğu təqdirdə və s. hallarda artıq həyəcan təbili çalmalıdırlar. Həkimə vaxtında müraciət etməlidirlər.

– Şəkərli diabet xəstələri nələrə diqqət yetirməlidirlər?

– İlk növbədə özləri özlərinin həkimi olsunlar. Bəzən pasientlər biz az yaxşılaşan kimi müalicəni yarıda saxlayırlar. Sonra da ağırlaşmış formada yanımıza gəlirlər. Müalicəni axıra qədər davam etdirmək lazımdır. Bir yandan müalicə alıb, bir yandan da pəhrizlərini pozmasınlar. Şəkəri qaldıran qidalardan imtina etməyi bacarsınlar. Konfetdən (hətta turşməzə olanlardan da), xalis baldan, gecə meyvə yeməkdən və s. uzaq olsunlar. Şəkərlərini ayda bir dəfə ölçməklə kifayətlənməsinlər. Ona mütəmadi olaraq nəzarət etsinlər. Birinci növbədə şəkərsiz pəhrizlərinə diqqət etməlidirlər. Sonra isə müalicələrinə. Bir də ki, aktiv həyat tərzi keçirtsinlər. Yeməkdən sonra ən azı on beş dəqiqə yürüş etsinlər.

– Bu mövzu ilə bağlı hansı məsləhətiniz var?

– Yuxarıda sadaladıqlarımıza qarşı diqqətli olsunlar. Vaxtı-vaxtında müayinə və müalicə olunsunlar. Bir də onu demək istəyirəm ki, insulin müalicəsinə qarşı pis fikirdə olmasınlar. İnsulini narkotik kimi qəbul etməsinlər.

Həkimlə əlaqə: (070) 8584346

Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Müalicəni axıra qədər davam etmək lazımdır"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*