Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Nərgiz xanım, bu həyata nə üçün gəldiniz?

– Hər kəsin bu həyatda bir misiyasi var. O cümlədən, mənim də. Düşünürəm ki, həyata elə indi olduğum sənətdə olmağım üçün gəlmişəm.

– Nədən ibarətdir o missiya?

– Aparıcılıq, aktrisalıq, rejissorluq və ssenaristlik. Dördü bir arada.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Zaman adlı bir “at”a minib onu hansı səmtə çapmaq istərdiniz?

– Mən gələcəyə getmək istəyərəm. Keçmişdə elə də maraqlı bir hadisə olmayıb.

– Hələ də təsirindən çıxa bilmədiyiniz bir hadisə olubmu keçmişdə?

– Belə hadisələr hər kəsin həyatında olur. Mənim də həyatımda olub. Əsas möhkəm olub, qalib gəlməkdir ki, mən də bunu bacarmışam. Heç vaxt uduzmamışam.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Bu o deməkdir ki, güclü xanımsınız…

– Bəli, güclüyəm. Çünki indiyə qədər əldə etdiklərimə öz gücümə sahiblənmişəm.

– Kifayət qədər verilişlərin aparıclığını etmisiniz. Sizcə, tam məşhursunuzmu?

– Mən elə şeylərə qaçan adam deyiləm. Məşhurluq arzum olmayıb. İşə işim kimi baxıram. İşimi görüb, məvacibimi alıram. Məşhur olmaq mənim üçün önəm kəsb etmir.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Qısa geyimlərə qarşı kompleksiniz varmı?

– Xeyr, yoxdur. Amma həddimi aşmıram. Ümumiyyətlə, qısa geyinəndə də elə geyinməlisən ki, paltarın bir yeri açıq olanda, bir yeri bağlı olsun.

– Sizin geyimləriniz də belə olur?

– Mən çalışıram ki, çox açıq geyinməyim. Bədən ölçülərim imkan verdiyi üçün müasir geyinirəm. Amma qadərində.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Bəs qısa geyimlərlə çöldə gəzəndə narahat olmursunuz ki?

– Qısa geyinəndə küçədə gəzmirəm. Getdiyim yerə avtomobillə gedirəm. Bir də ki, mən ətrafın fikirlərinə bir o qədər də önəm vermirəm.

– Ekrandakı sərbəstliyiniz həyatınıza da sirayət edibmi?

– Efirdə sərbəst görünə bilərəm. Çünki efirin, verilişn öz tələbləri var. Amma həyatda müəyyən komplekslərim var. Efirdəki Nərgizlə həyatdakı Nərgiz arasında dağlar qədər fərq var.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Özünüzü bir “çərçivə”yə salmısınızmı?

– Əlbəttə, salmışam. Çərçivəsi olmayan adam normal adam deyil.

– Şou-biznes adamları ilə əlaqəniz necədir?

– O sahədən olan adamların bəzisi ilə dostluğum, tanışlığım var. Amma şou-biznes aləminə girmirəm. Deyirlər ki, Nərgiz özündən razıdır, lakin məni tanıyanlar bilirlər ki, elə deyil. Sadəcə olaraq, xarakterim belədir. Çünki gözümü açandan “o olmaz, bu olmaz” sözünü eşitmişəm. Mən özümü reklam etməklə yox, səviyyəli işlərlə gündəmə gəlmək istəyirəm. Məsələn, Azərbaycanda ilk qorxu filmi olan “Güc sahibini” çəkdim. Həmin filmin ssenarisi də mənə məxsusdur.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Ssenari yazmaq istəyi sizdə haçandan yarandı?

– Mən uşaq vaxtı şerilər yazırdım. Sonra adıma kitab çıxartdılar. Şəkil mənim idi, şeirləsə yox. Ona görə, həvəsdən düşdüm. Başladım ssenari yazmağa.

– Niyə məhz ilk filminiz qorxu janrında oldu?

– Qorxu filmlərini sevirəm. Qəlbimdə Alla sevgisi var. Əslində “Güc sahibi”ni əsər olaraq yazmışdım. Qismət elə gətirdi ki, filmini də çəkdim.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Sizi incidən məqam hansıdır?

– Azərbaycanda gəclərin Allaha olan sevgisinin azlığı, magiyalara meyllilik, heyvanlara qarşı işgəncə və s. məqamlar məni çox incidir.

– Nəyə “yox” deyirsiniz?

– Pisliyə…

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Altıncı hissiniz varmı?

– Bəli, çox güclü hissiyatım var. Qarşımdakı insanı “oxuya” bilirəm.

– Sizə qarşı qadın qısqanclığı olubmu?

– Çox olub. Artıq yoxdur. Çünki ətrafımı təmizləmişəm. Bir də ki, mənim paxıllıq ediləcək nəyim var?!

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Bir ara söz gəzirdi ki, Nərgiz Mahmudzadə imkanlı bir şəxslə eşq macərası yaşayır…

– Məni tanıyanlar bilirlər ki, belə bir şey olmayıb. El bir şey olsa idi, oliqarx həyatı yaşayıardım, bahalı evim, avtomibilim olardı (gülür).

– Nərgiz Mahmudzadə nəyi edə bilmədi?

– Şükürlər olsun ki, hər şeyi etmişəm. Gec olub, amma güc olub. Məsələn, mənim ağlıma gəlməzdi ki, haçansa aparıcılıq edərəm, haçansa film çəkərəm. Gördüyünüz kimi, hər iki arzum reallaşdı.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Allahdan nə istəyirsiniz?

– Ən birinci doğmalarımın həmişə yanımda olmaqlarını. Sonra Allah özün nəyi məsləhət görürsə, o olsun.

– Əlinizdən nəyi verdiniz?

– Nəyi verdimsə, deməli, mənim deyilmiş. Yaxşı olmayıb ki, mənim olmayıb. Hər işdə bir xeyir var.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– İkibaşlı danışa bilirsiniz?

– Baxır qarşımdakı adama. Ola bilər ki, ikibaşlı danışıb kiməsə sataşa bilərəm. Yumor hissim çox güclüdür. Quru insanları sevmirəm.

– Xəyalən getdiyiniz yer haradır.

– Yaxşı insanların olduğu yerə. Ora da Cənnətdir.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Kaş onu qaytaraydılar. Kimi?

– Babamı.

– Bu qədər sevgi nədən qaynaqlanır babanıza?

– Bu barədə danışmaq istəmirəm. Danışsam, ağlayacağam.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Çoxmu göz yaşı tökürsünüz?

– Xeyr, nadir hallarda ola bilər. Onda da çalışıram ki, göz yaşlarımı heç kim görməsin.

– Hal-hazırda Lider Tv-də “Fortuna” verilişinin aparıclığın edirsiniz. Razısınızmı işinizdən? –

– Bəli, çox maraqlı layihədir. Öz işimdən, xüsusən də indi apardığım verilişdən zövq alıram.

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”

– Mən axı haradan biləydim ki,… Bu fikri özünüz tammalayın.

– Mən axı haradan biləydim ki, aparıcı olacağam.

Cavidan Abdullayev

Aparıcı Nərgiz Mahmudzadə: “Mənim paxıllıq ediləcək nəyim var?!”
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*