Kitablar əsasında "Harri Potter"in onlayn teleserialı çəkiləcək
"Warner Bros. Discovery" şirkəti "Harri Potter" kitabları əsasında onlayn televiziya serialı çəkmək niyyətindədir.
Bu barədə "Bloomberg" nəşri yazıb.
Serialın 7 mövsümdən ibarət olması gözlənilir. Bunların hamısı Roulinqin kitabları əsasında çəkiləcək. Qeyd olunur ki, şirkətin baş icraçı direktoru Devid Zaslav Roulinqi serialın çəkilişində iştirak etməyə çağırsa da, müqavilə hələ tamamlanmayıb.
Qeyd olunub ki, yazıçı serialın çəkilişinə töhfə verməyə hazırdır, lakin əsas müəllif kimi yox. O, hər gün çəkiliş meydançasında olmaq istəmir. "Warner Bros. Discovery" şirkətinin əməkdaşı mövzu ilə bağlı şərh verməkdən imtina edib.