Şuşa İƏT turizm paytaxtına namizəd olacaq
Azərbaycanın İƏT-ə sədrliyi çərçivəsində Şuşanın 2026-cı ildə İƏT turizm paytaxtına namizədliyi irəli sürüləcək.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı bildirib.
XİN başçısı qeyd edib ki, eyni zamanda, sədrlik çərçivəsində Bakıda İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin yaradılması, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.