VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı bu ilin sentyabrında keçiriləcək
Hazırda VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı ilə bağlı hazırlıq işlərinə başlamışıq. 2023-cü il ən böyük və ən əsas planımız bu festivalı keçirməkdir.
Bu barədə Azərbaycan Animasiya Assosiasiyasının sədri, “Animafilm” Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyev məlumat verib.
Onun sözlərinə görə, artıq 6-cı festivala film müraciətləri qəbul olunur. Festival bu ilin sentyabrında keçiriləcək.