Rauf Abdullayevə Heydər Əliyev Mükafatı verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Rauf Abdullayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayevə Heydər Əliyev Mükafatı verilsin.