Xalq artisti İrana Tağızadə dəfn olunub

Azərbaycanın Xalq artisti İrana Tağızadə ilə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra İ.Tağızadə Qurd qapısı qəbristanlığında dəfn olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə dünən səhər vəfat edib.