Bakıda tarixi binalara əlavə mərtəbələr artırılması məsələsinə aydınlıq gətirilib

Təbriz Xəlilbəyli və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən binalar daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Fariz Hüseynli deyib.
Onun sözlərinə görə, sosial mediada paylaşılan fotolarda yer alan binalardan yalnız biri (Təbriz Xəlilbəyli 10) reyestrə daxildir ki, həmin binaya da heç bir müdaxilə edilməyib.
Qeyd edək ki, Təbriz Xəlilbəyli və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən tarixi binalara əlavə mərtəbələr artırılması ilə bağlı sosial mediada paylaşım edilib.