Gələn il Azərbaycanın ilk tammetrajlı animasiya filmi təqdim ediləcək
Gələn il Azərbaycanın ilk tammetrajlı animasiya filmi təqdim ediləcək
Bunu mədəniyyət naziri Anar Kərimov deyib.
"Təəssüf ki, bu sahə uzun illər diqqətdən kənarda qalıb. Bizim də ana xəttimiz var. Milli mənəvi dəyərlərə söykənən animasiya filmlərinin çəkilməsini istəyirik. Bu alətdən biz istifadə etməliyik ki, kənar təsirləri azaldaq.
Digər tərəfdən "Davranış mədəniyyəti" adlı layihəmiz var. Burada bizim dəyərlərimiz öz əksini tapır," - nazir əlavə edib.