“Maşa və Ayı” cizgi filminin növbəti buraxılışı Azərbaycanın “Cırtdan” xalq nağılı əsasında hazırlanıb - VİDEO
“Maşa və Ayı” cizgi filminin növbəti buraxılışında Azərbaycandan bəhs edilir.
Cizgi filminin bu buraxılışı Azərbaycanın “Cırtdan” xalq nağılı əsasında hazırlanıb.
Buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunur. Bundan başqa, filmdə məşhur “Cücələrim” mahnısı da səsləndirilir.
Cizgi filminin bu buraxılışına “YouTube” kanalında qısa müddətdə xeyli baxış olub.
Cizgi filminin bu buraxılışına “YouTube” kanalında qısa müddətdə xeyli baxış olub.