Xiaomi-nin ucuzlaşan fitness qolbağı Mi Band 3-dən daha pisdir

Xiaomi-nin ucuzlaşan fitness qolbağı Mi Band 3-dən daha pisdir

Xiaomi-nin Hindistan bölməsi populyar Mi Smart Band fitness qolbağının ucuz versiyasını hazırlayıb.

Yeni model Mi Smart Band 3i adını alıb və orijinal Mi Band 3-dən ürək döyüntüləri sensorunun olmaması ilə fərqlənir.

Digər xüsusiyyətlərində yenilik Mi Band 3 bilərziyi ilə eynidır. Cihazda quraşdırılmış 0,78 düymlük ekran 128×80 piksel göstəriciyə malikdir.

Smartfonla əlaqə üçün Bluetooth 4.2 LE simsiz modulundan istifadə olunur. Qolbağın ekranında bildirişləri, vaxtı və digər hadisələri görmək olar. Ümumilikdə yeni büdcə qolbağı funksiyaların standart dəstini alıb.

Artıq bilərzik üçün əvvəlcədən sifarişlər qəbul edilməyə başlanıb. Mi Smart Band 3i-nin “canlı” satışı dekabrın 1-də başlayacaq.

Qadjet 18 dollara qiymətləndirilib. Müqayisə etmək üçün qeyd edək ki, Mi Band 3-ün başlanğıc satış qiyməti 26 dollar idi.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*