“SpaceX” “Starship” kosmik gəmi prototipinin uçuş sınaqlarını keçirdi

“SpaceX” “Starship” kosmik gəmi prototipinin uçuş sınaqlarını keçirdi

Sentyabrın 3-də amerikan “SpaceX” şirkəti Marsa gələcək uçuşlar üçün hazırlanmış kosmik gəminin prototipinin növbəti uçuş sınaqlarını keçirib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat verib.

Məlumata görə, prototipin buraxılışı Boka Çika (Texas ştatı) ərazisindəki sınaq meydanında həyata keçirilib. “SN6” modifikasiya gəmisi 45,7 m hündürlüyə yüksəlib və sınaq meydanının yanında yerləşən asfalt sahəyə yumşaq eniş edib.

Heç bir nasazlıq və ya yanğın baş verməyib. Bildirilir ki, Elon Maskın şirkəti “Starship”i bir təqvim ayında ikinci dəfə uğurla sınaqdan keçirir. Son sınaq uçuşu 5 avqustda baş tutub.

Xatırladaq ki daha əvvəl fevral, aprel və may aylarında keçirilən sınaqlar zamanı gəmi protipi partlayıb, ilk uğurlu uçuş isə avqustun əvvəlində həyata keçirilib.

Təkrar istifadə edilə bilən “Starship” gəmisi 100 nəfər sərnişinin Marsa uçuşu üçün nəzərdə tutulub. E.Mask 31 avqustda kosmik gəminin yerətrafı orbitdə ilk sınaq uçuşunun 2021-ci ildə reallaşma ehtimalı olduğunu açıqlayıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*