iPhone 12-də batareyanın həcmi artırılacaq

iPhone 12-də batareyanın həcmi artırılacaq

Koreyanın The Elec nəşrinin verdiyi məlumata görə, 2020-ci ildə iPhone daha güclü batareyaya malik olacaq.

Nəşr mənbə kimi iPhone-un yeni nəsilində 50% kiçik olacaq yeni batareya qoruyucu nəzarətçisi haqqında məlumatdan qaynaqlanır.

Bu, korpusda yeri azad edəcək və batareyanın həcmini artırmağa şərait yaradacaq. Yeni batareya qorunması modulu Koreya şirkəti olan ITM Semiconductor tərəfindən təmin ediləcək.

Xatırladaq ki, 2020-ci ilin sentyabr ayında beşinci nəsil şəbəkələrə dəstək verən modem və OLED ekranlar ilə təchiz olunacaq dörd yeni iPhone-nun görünəcəyi gözlənilir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*