Dünyanın ən zəngin azərbaycanlısı 5 gündə 600 milyon dollar QAZANDI

Dünyanın ən zəngin azərbaycanlısı 5 gündə 600 milyon dollar QAZANDI

Dünyanın ən zəngin azərbaycanlısı, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov dekabrın 10-dan 15-nə qədər olan tarixdə sərvətini 600 milyon dollar artırıb.

Dekabrın 10-da iş adamının sərvəti 21 milyard dollar olsa da, “Lukoyl” şirkətinin səhmlərinin bahalaşmasına görə dekabrın 11-də 21,1 milyard dollar, ayın 15-də isə 21,6 milyard dollara çatıb.

Hazırda Vahid Ələkbərovun 21,6 milyard dollar sərvəti var. Bu göstərici ilə o, hələ də Rusiyanın 3-cü ən zəngin iş adamıdır.

Son 1 ildə 69 yaşlı Azərbaycan mənşəli iş adam sərvətini 5,54 milyard dollar artırıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*