Bred Pitt “Formula 1” yarışında film çəkəcək

Dünya şöhrətli amerikalı aktyor Bred Pitt bu yay "Formula 1" filmi üçün çəkilişlərə başlayır.
Bu barədə "The Sun" qəzeti yazıb.
Filmin rejissoru Cozef Kosinskdir. Filmin çəkilişi real "Formula 1" yarışlarında həyata keçiriləcək.
Nəşr bildirib ki, Pitt bu yay "Formula 1" filmini çəkmək üçün Britaniya Qran-Prisində ingilis pilot Lyuis Həmiltonla yarışacaq.