10 il həbs cəzasına məhkum edilmiş baş redaktorla bağlı Apellyasiya Məhkəməsinə müraciət olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş "Qanun naminə" qəzetinin və eyni adlı saytın baş redaktoru Mehbalı Abış oğlu Abdulrəhimovun işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.
Xatırladaq ki , Mehbalı Abdulrəhimov həyat yoldaşı Gülşən Nəsirovaya bıçaq zərbələri yetirərək qəsdən onu öldürməyə cəhddə suçlanır və məlum cəzaya layiq görülüb.
Lakin təqsirləndirilən tərəf çıxarılan hökmlə razılaşmayıb və işə düzgün , ədalətli baxılmadığını bildirib .
M.Abdulrəhimov məhkəmə zamanı bildirib ki , onun G.Nəsirovanı öldürmək fikri olmayıb və yetirilən bıçaq zərbələri də daxilə nüfuz etməyib.
Onuda bildiririk ki , M .Abdulrəhimov 6 ildən artıq İctimai-Televiziya və Radio Yayımları şirkətində çalışıb.O, bu günə qədər özünü bacarıqlı və peşəkar jurnalist kimi tanıdıb.Bunları nəzərə alaraq , bir qrup baş redaktor baş verənlərdən təəssüfləndiklərini bildirərək , növbəti məhkəmə instansiyasında bu məsələyə ədalətli baxılması üçün müvafiq qurumlara müraciət ünvanlayıblar.