Asəf Məlikov:-"Şəhid ailələrinə,Qazilərə və müharibə əlillərinə diqqət və qayğı vətəndaşlıq borcumuzdur"
Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının 1-ci vitse-prezidenti Asəf Məlikov Zaqatala Olimpiya İdman kompleksinin direktoru Samir Rəhimovla görüşüb.Görüş zamanı Zaqatala və ətraf rayonlarda Vətən müharibəsi iştirakçıları , qaziləri, əlillər və şəhid ailələrinə psixoloji ,sosioloji və loqopedik dəstəklərin göstərilməsi üçün fikir mübadiləsi aparılıb.Qərara alınıb ki, Bakı Şəhərindən bir qrup mütəxəsisin iştirakı ilə bir neçə gün ərzində yuxarıda adları qeyd olunan kateqoriyaya aid olan insanlara dəstək verilməsi məqsədilə Zaqatala rayonuna ezam olunması məqsədəuyğun hesab edilib.Mütəxəsislərdən ibarət nümayəndə heyəti Zaqatala Olimpiya İdman Kompleksində yerləşəcək və orada fəaliyyət göstərəcək.Məlumat üçün bildiririk ki , belə tədbirlərin Bakı şəhəri də daxil olmaqla bütün bölgələrdə həyata keçirilməsi gözlənilir.Asəf Məlikovun sözlərinə görə bu cür tədbirlər mütəmadi xarakter alacaq və şəhid ailələri , qazilər , əlillər bu və digər formada təqdim etdiyimiz xidmətlərdən faydalanaraq daim diqqət mərkəzimizdə olacaq.