Azərbaycanda yaşayan ermənilərdən çağırış:-"Heç kimə qulaq asmayın.Gəlin,sakitcə yaşayın"

ITV-nin "Xəbər Yekun" verilişində Azərbaycanda yaşayan erməni əsilli vətəndaşlarla bağlı maraqlı süjet yayımlanıb. Azərbaycan vətəndaşı kimi faktiki olaraq respublikamızın müxtəlif bölgələrində yaşayan ermənilər heç vaxt təzyiqlərə və təhdidlərə məruz qalmadıqlarını bildirməklə çox xoşbəxt olduqlarını etiraf edirlər. Ermənistanda bir nəfər belə azərbaycanlının qalmadığı halda Azərbaycanda minlərlə erməninin yaşaması ölkəmizin demokratik dəyərlərə nə qədər sadiq olduğunun əyani təzahürüdür. Bu mənzərə bir daha sübut edir ki,son zamanlar müzakirə edilən azərbaycanlılarla ermənilərin birgə yaşaması məsələri reallaşa bilər. Ancaq bir şərtlə ki,ermənilər revanşist addımlaradan və separat düşüncələrdən uzaq olmaqla Azərbaycanın qanunlarına hörmətlə yanaşsınlar.
Süjetdə çıxış edən ermənilər birgə yaşamla bağlı heç bir problem olmadığını desələr də, Ermənistanda və Qarabağda kök salmış terror şəbəkəsi bütün çirkin vasitələrdən istifadə etməklə bunun qarşısını almağa çalışırlar.
Adekvat.az