Tələbələrin cənazələri Bakıya gətirildi

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.
Tələbələrin cənazələrini gətirən təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Xatırladaq ki, Malatyada zəlzələ zamanı İnönü Universitetinin tələbələri olan Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıblar. Onların cəsədləri fevralın 14-də dağıntılar altından çıxarılıb.