Şüuraltında yatan duyğular

Şüurda belə bir xsusiyyət vardır; bir şeyi özünə qəbahət, pis, ayıb və dözülməz sayırsa, onu unutmağa çalışır. İnsan pis əməlləri, faciəvi hadisəni, utanc verici hissləri unutmasa xəstəliyə düçar olar və yaşaya bilməz. Şüur ona əziyyət verən, onu utandıran halları özündən qovmağa çalışır.
Bəs bu neqativ hisslər harada sıxışdırılıb qalır?
Sözsüz ki, bədəndən kənara çıxmır, daxildə yerləşən şüurun qaranlıq və ən dərin olan şüualtına yiğılır. Beləliklə şüurun aydın hissəsindən sıxışdırılan hansı hisslər varsa, hamısı Z. Freydin cəhənnəm adlandırdığı şüurun qaranlıq qatında yəni şüuraltında toplanır. Çünki burada ən pis, ayıb, ağrılı, acılı və hər kəsdən gizlin tutduğu duyğular basdırılır. Şüuraltı neqativ dolu psixi enerji məmbəyidir. Mənfi enerjinin miqdarı o dərəcəyə çatır ki, bəzən vurub bütün mənəviyyatı da darmadağın edir. Məhs bu üzdən şüualtında yatan mənfi enerji, şüurun aydın səthinə çıxmasına, ona əzab verən enerjidən azad olmasına köməklik etmək və şərait yaratmaq ən gözəl üsuldur.
Freyd qeyd edirdi ki, şüursuzluq geniş bir dəhlizə bənzəyir. İşiqlı otaqlara keçid etmək üçün isə qapıda senzura gözətçilik edir. Gözətçinin
(senzura ) hər bir psixi fəaliyyətə diqqət yetirir. Qane edib xoşuna gələnləri buraxır, qane etməyənləri isə dəhlizdə saxlayır. Bununla
Z.Fyeyd şüuraltının idarə olunmasının izahını bu cür bəsit anlatmağa çalışmışdır.
Ruhiyyə Rüstəmova Ailə və Uşaq Psixoloqu.
Cross-Coaching.
Çətin tərbiyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi.
wp(+994) 70-204-02-07