Uşaqlarda Mutizm. Yaranma səbəbləri və müalicəsi.
Mutizm latın dilində mutus sözündən yaranıb. Mənası lal, səssiz susqun deməkdir. Müalicə üsulu olaraq isə ən faydalı koqnitiv davranış terapiyasının aparılması arzu olunan və effektivlıdır.
Bir uşağın danışıq yaşı keçir və o, hələ də danışmırsa, bu hal uşağın ya nitq aparatında yaranan problemlərlə bağlıdır, ya da danışa bildiyi halda danışmağa istəksizdir. Bunlardan birincisi nevroloji və bioloji səbəbdən qaynaqlanır, ikincisi isə psixoloji səbəblərdən yaranan problemdir. Uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji bir problemdir və bu Mutizm adlanır. Mutizm iki alt qrupa ayrılır: Orqanik mutizm və funksional mutizm.
Orqanik mutizm mərkəzi sinir sistemindəki problemlərdən yaranır, psixoloji səbəblərdən qaynaqlanmır. Məsələn, CP (Serebral Palsi) olan bir uşaqda orqanik mutizmdən bəhs edilə bilər. Funksional mutizm isə özü də alt qruplara bölünür:
- Simbiotik mutizm: uşağın özünə baxanla qurduğu (bu əksər vaxtlarda ana olur) simbioz münasibət
- Reaktiv mutizm: bu mutizmlə çoxlu emosiyonal reaksiyalar əlaqəlidir
- Passiv aqressiv mutizm: a) uşaq mutizmi bir silah və nəzarət mexanizmi kimi istifadə edir. b) ümumilikdə antisosyal davranış nümayiş etdirər. c) mənfi reaksiya olaraq danışmır
- Danışmaq fobiyası: a) öz səsini eşitmək qorxusu. b) uyğun olmayan bir şey demək qorxusu.
Mutizmin iki növü var. Total mutizm və selektiv mutizm.
Total mutizm zamanı insan heç bir halda heç kimlə ünsiyyətə girmir və danışmır. Ünsiyyətə girmək istəyini nadir hallarda fikrini yazılı şəkildə ifadə etməklə təmin etməyə cəhd göstərir. Selektiv mutizmdən fərqli olaraq Total mutizmə yaşlı insanlarda rast gəlinir. Yaranması psixoloji və ya psixiatrik səbəblərlə bağlıdır.
Selektiv mutizm zamanı uşaqlar bir və ya bir neçə şəxsi seçir və yalnız onlarla danışır. Bu uşaqla danışmağa cəhd olunduqda göz kontaktına girməkdən çəkinirlər və hərəkətsiz, rekasiyasız dururlar. Az da olsa ünsiyyətə girməyə maraq göstərərlərsə, duyğu və düşüncələrini jest və mimikaların köməyi ilə, ya da yazılı yolla ifadə etməyə üstünlük verirlər.
Selektiv mutizmin əlamətləri:
- Uşağın ailə mühiti kimi ünsiyyətə girəcəyi insanları tanıdığı və özünü güvəndə hiss etdiyi ictimai sahələrdə danışmasına baxmayaraq, məktəb və oyun sahələri kimi fərqli sosyal mühitlərdə danışmaması.
- Uşağın susqunluğunun onun təhsilinə və ictimai münasibətlərinə mənfi istiqamətdə təsir göstərməsi
Susqunluğun ən az bir ay davam etməsi (məktəbə başladığı ilk ay nəzərə alınmır)
- Mutistik uşaqlar sizin gözünüzə baxmaqda çətinlik çəkirlər və sizə əsəbi, özünəqapanıq, aqressiv, tərs, isterik, utancaq təsiri bağışlaya bilərlər.
Yaranma səbəbləri:
Yaşanılan psixi travma (yaxın adamın ölməsi, təcavüz, maşın qəzası, valideynlərin boşanması, yaşayış sahəsinin dəyişdirilməsi və s.) və ya valideynlərin çox nəzarətçi və mükəmməlliyyətçi olması kimi səhv ana-ata tutumları uşağın bəzi ortamlarda danışmamağına səbəb olur. Bu hal sonradan onlarda ünsiyyətə soyuqluq yarada bilir.
Selektiv mutizmin müalicəsi:
Selektiv mutizmə sahib uşaqlar müalicə olunmadıqları vəziyyətdə təhsilləri və sosyal münasibətləri ciddi zərər görmüş olur. İçinə qapanıq və özgüvəni aşağı şəxslər olmaq riski ilə qarşı-qarşıya gəlirlər. Buna görə də mutizm diaqnozu qoyulan andan mülicəsinə başlanmalıdır. Terapiya qrup işi şəklində aparılmalıdır.
Belə uşaqlara mütləq kollektiv lazımdır.
(+994) 70-204-02-07