Nazirlik “bayraq xəbəri” ilə bağlı açıqlama yaydı - Foto
"Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahidlə görüşüb. İkitərəfli görüşün keçirildiyi otaqda BMT-nin və Maldiv Respublikasının dövlət bayraqlarının sərgilənməsi protokol qaydalarına tam uyğundur".
Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 2021-ci ildə Maldiv Respublikasının nümayəndəsi Abdulla Şahid BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilib: “BMT Baş Assambleyasında sədrliyi həyata keçirən ölkə BMT bayrağı ilə yanaşı öz dövlətinin bayrağını Prezidentin ofisində sərgiləyir”.