Xəyanətlər niyə baş verir?
Xəyanət müxtəlif hallarda baş verir. Ən çox rast gəlinən hal isə evlilikdən sonrakı dönəmlərdə baş verir.Qadınlar kişiləri daim nəzarətdə saxlamaqla özlərindən uzaqlaşdırırlar. Kişilər özlərini daha güclü varlıq hesab etdikləri və ani qərar verdikləri üçün daha tez xəyanət etməyə meyillidirlər. ✨Kişilərin xəyanət etmə səbəbləri macəra axtarmaları, evdə həyat yoldaşlarından diqqət, qayğı görməmələri, qadınların özlərinə baxmamaları, cəmiyyət içində həyat yoldaşları tərəfindən iradla qarşılaşmalarıdır. Bu iradlar nifrət yaradır. Nifrət yaranan yerdə mütləq xəyanət olacaq.
✨"Ümumiyyətlə, qadın ruhi boşluğa düşdüyü vaxt xəyanət edir. Ərindən sevgi, şəfqət, yaxınlıq, oxşama, öpmə, əzizləmə görmədiyi zaman və ya ərini sevmirsə, ondan xoşu gəlmirsə, toxunmasından nifrət edirsə, əri onu anlamır, dinləmir, ruhuna xitab etmirsə, qadın xəyanətə yönlənir. Qadınlar yuxarıda saydığım vəziyyətlərdə, insan olaraq, boşluqlarını doldurmaq üçün müxtəlif müdafiə etmə mexanizmlərindən istifadə edərlər", - deyən həmsöhbətimizin sözlərinə görə, amma xəyanət mexanizmini, çox nadir halda ruhlarını təmin etmək üçün seçərlər. Çox vaxt bir yerdə olması mümkün olmayan insanlara aşiq olarlar. Ərlərində əskik olan şeyləri axtararlar. Bəzi qadınlar, ümumiyyətlə, yalnız seks ehtiyacı üçün xəyanət etməzlər, ruhi bir əlaqə içinə girər və xəyanəti elə yaşayarlar. Çoxu ərinə bildirməz, amma həyat yoldaşı ilə yatmaq istəməz, onu rədd edər. "Çünki o, aşiqdir və ya elə zənn edir.
✨Bəs nə etməli? İlk növbədə, həyat yoldaşı seçərkən düzgün seçim etmək lazımdır. İkincisi, ərinizi həmişə xoşbəxt etməyə çalışın. Nikahınızın ilk illərində xoşbəxt olmaq o demək deyil ki, bu xoşbəxtliyiniz ömür boyu davam edəcək.
Emosional xəyanət — bu, iki insan arasındakı plotanik dostluqdan romantik məhəbbətə keçən dərin əlaqədir. Bu, nikahda ən pis xəyanət hesab olunur. Bu hal daha təhlükəlidir. Onu ailəyə qaytarmaq sizdən böyük «ustalıq» tələb edəcək.
?Ruhiyyə Rüstəmova
Ailə və Uşaq psixoloqu. Məşhur və ən yeni metod olan Кросс-Коучинг (Cross-Coaching) - çətin tərbiyyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi.
? (+994) 70-204-02-07
#PsixoloqRuhiyyaRustemova #PsixoloqRuhiyya
https://www.instagram.com/p/CIS8BaSJNja/?igshid=MDJmNzVkMjY=