Manipulyator insanları necə tanımaq olar?
Əvvəlcə manipulyatorun nə olduğuna aydınlıq gətirək. Manipulyator insanlar ətrafı çaşdırarlar və vəziyyəti öz xeyirlərinə dəyişmək üçün hər cür vasitədən istifadə etməkdən çəkinməzlər. Onlar üçün insanların həyatı önəmli deyil.
Manipulyator insanlar aldatmaq, yalan danışmaqda əsl sənətkardırlar. Onlar səmimi və fədakar görsənə bilərlər, lakin çox vaxt bu yalnız bir oyundur. Bu onların əsl sifətlərini göstərməzdən əvvəl sizi cəlb etmək üçün istifadə etdikləri bir yoldur. Manipulyator insanları sizdən bir alət kimi istifadə etməkdən başqa heç nə maraqlandırmır. Manipulyator insanlar özlərini qurban kimi göstərərlər. Onlar sizi öhdəsindən gələməyəcəyiniz bir problemə səbəb olmuş kimi qələmə verərlər. Müəyyən bir müddət üçün xoş və səmimi görünə bilərlər və etibarınızı qazanmaq üçün fürsət axtararlar. Tez-tez sizdən müdafiəçi kimi istifadə edərlər. Çox aqressiv ola bilərlər. İstədikləri şeyləri etmək üçün hər kəsin şəxsiyyətinə toxuna bilərlər.
“Fürsətçilər, manipulyatorlar heç vaxt özlərində günah görməzlər. Həmişə günahı başqalarında axtararlar”
1. Başqaları onlar üçün maraqlı deyil.
Onlar üçün yalnız özləri maraqlıdır. Ehtiyac və istəklərinin qarşılanması üçün hər şeyi edərlər.
Manipulyatorlar üçün başqalarının nə düşündükləri, nə hiss etdikləri əhəmiyyətsizdir.
2. Heç bir sədd tanımazlar.
Manipulyator insanlar sərhəd konsepsiyasını anlamırlar. İstəklərinin dalınca qaçarlar və kimlərin zərər gördüyünə önəm verməzlər. Onları parazitlərə də bənzətmək olar. Bu, ümumiyyətlə, təbiətdə də məqbuldur, amma insan əlaqələrinə gəldikdə qarşı tərəfin tükənməsinə səbəb olur.
Onlar həmişə başqalarını günahlandırarlar. Öz məsuliyyətlərini başqalarına yükləyərlər. Onlar daima məsuliyyətdən imtina edə bilərlər.
4. İnsanın duyğularından istifadə edərlər.
Manipulyator insanlar bizim həssaslığımıza və xüsusilə vicdanımıza güvənirlər. Onlar sizi inandırmaq üçün yaxşı bir şansa malik olduğunu bilirlır.
Münasinətlərdə gah isti gah soyuq münasibət quraraq sizi özlərinə bağladığına əmin olduqda, sizdən öz çirkin niyyətləri üçün istifadə edərlər. BELƏ İNSANLARA ALDANIB ONLARIN QURBAMI OLMAYIN.
Ünvan Xətai m. Yanı. (+994) 70 204-02-07.