Ağdama yeni baş həkim təyin olunacaq- başçı razılıq verib
Hazırda insanların ən çox narazı təbəqəsi həm də səhiyyə sahəsin əhatə edir. Son illər demək olar ki, ölkənin bütün rayon və kəndlərində fəaliyyət göstərən xəstəxanalar yenilənib, bütün avadanlıqlarla təmin olunub. Amma nə sirdirsə insanların səhiyyə barədə olan fikirləri dəyişmir ki dəyişmir. Çünki xəstəxana baş həkimləri rüşvət alır, ən ucuz dərmanları belə xəstələrin özünə aldırır, adi pambıq belə pulla satılır və sairə…
Hətta bəzi rayonların baş həkimləri satdırdıqları dərmanların pulu ilə böyük biznes də qurur, istirahətlərə yollanır. Kim bu baş həkimlər? Belə baş həkimləri nədən vəzifədə saxlayırlar? Ölkə mətbuatında adı neqativlərlə dolu məsələlərdə rekord qıran , Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi barədə redaksiyanın elektron ünvanına maraqlı faktlar daxil olub. İlk öncə qeyd edək ki, Qeyd edək ki, Ağdam Səhiyyəsinin bəxti elə əvvəldən gətirmir. Gülnar Abbasova baş həkim olanda xəstələrin xüsusi narazılığını doğuran amillər xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərlə bağlı idi. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilirdi.
Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurdular. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilirdi. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyırdı. Əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanlar və lazım olan şəkər analizi üçün çubuqlar ya pulla satılırdı, ya da ümumiyyətlə verilmirdi.
Sonda Gülnar Abbasova vəzifəsi ilə vidalaşdı. Ondan sonra gələn Bəxtiyar Haqverdiyevin də vaxtında dəyişiklik olmadı. Hətta biabırçı olaylar yaşandı. Təcili yardım maşınında pambıq daşınması ölkədə gündəm oldu.
Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Sosialist Əməyi Qəhrəmanı Sədrəddirn Ələsgərovun oğlu Elxan Ələsgərov təyin olunanda əhali sevindi. Amma əbəs yerə. Heç nə dəyişmədi.
Əksinə, atasına görə oğul baş həkimə nə icra başçısı, nə də başqa bir adam gözün üstə qaşın var demir.
Faktlar çoxdur. Dövlət tərəfindən ayrılan dərmanların apteklərdə satılmasından tutmuş, "öplü canlar"a qədər.
Bu yaxınlarda isə Xındırıstandan olan, cəbhəyə iki övlad yollamış bir şəxdən xəstəxanada rüşvət istənilməsi böyük qəzəb doğurdu. Sosial şəbəkələrdə qızğın mübahisə doğurdu.
Axı Ağdamda bu xəstəxanaya rəhbətlik edə biləcək çix namuslu və savadlı kadrlar var. Məsələn Ənvər Sadıqov kimi. Birici Qarabağ savaşının iştirakçısıdır. Yaralanıb. Qazidir. Rüşvətlə arası olmayan, Hippokrat andına sadiq bir həkim.
Rayondan verilən məlimaya görə icra başçısı özü də Elxan Ələskərovdan bezib və başqa birisinin təyin olunmasına çalışır.
Ağdamlılar isə Ənvər həkim kimisini arzulayır. Çox güman ki, bu nəzərə alınacaq. Yoxsa rayonun səhiyyəsi dirçəlməyəcək.