Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası Xəzər rayonunda qazilərlə görüşünü davam etdirir
Bu gün Xəzər rayon Gənclər evində bir qrup Vətən müharibəsi iştirakçıları və qazilərlə, eləcədə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan dövlətinin haqlı mübarizəsini dünyaya hayqıran arxa cəbhə gəncləri, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti, Azərbaycanın Qılıncoynatma üzrə idman ustası, Beynəlxalq dərəcəli hakim Nübar xanım Məlikova, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının vitse-prezidenti, Beynəlxalq dərəcəli hakim, 1-ci Qarabağ müharibəsi iştirakçısı, keçmiş zabit Asəf Məlikov, Bakı şəhəri Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Xəzər rayon icra hakimiyyətinin nümayəndələri, Xəzər rayon Gənclər evinin əməkdaşları arasında görüş baş tutmuşdur. Görüş zamanı şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılmışdır. Ön və arxa cəbhədə bir yumruq olaraq erməni faşizminə qarşı mübarizə aparmış gənclərimizə, qazilərimizə dərin təşəkkür bildirilmiş, görüşün sonunda gənclərə fəxri fərman və diplomlar təqdim edilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, artıq Bakının 7 inzibati rayonunda bir qrup qazilərimizlə yaçadıqları ünvanlarda görüşlər keçirilmiş, onların problemləri, narahat edən məsələlər dinlənilmiş, sosial-psixoloji və hüquqi dəstək verilmişdir. Bakı şəhərinin digər rayonlarında da, eləcədə bölgələrdə bu cür görüşlərin keçirilməsi nəzərdə tutulur.