Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi məlumat yaydı – FOTO

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi məlumat yaydı – FOTO

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi olaraq, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejimi səbəbindən, üç aya yaxındır ara verdiyimiz canlı görüşlər mayın 20-də bərpa olunub.

Rakus.az xəbər verir ki, bir qrup QAQB İdarə Heyyətinin üzvləri “Nüvədi”restoranında bir araya gəldik.Görüşdə son aylar ölkəmizdə baş vermiş hadisələr, xüsusən mayın 9-da Türkiyə Cümhuriyyətində ermənişünas alim Qafar Çaxmaqlının təşəbbüsü ilə, yaradılması elan olunmuş Qərbi Azərbaycan (İrəvan) Mühacir hökümətinin yaradılması projesində QAQB-nin dəstəyi və iştirakı məsələsi geniş və hərtərəfli şəkildə müzakirə olunub.

Müzakirələrin yekununda qərara alınıb ki, QAQB-nin bu projeyə tam dəstək verərək, Birlik olaraq bu projedə yer alması məsələsi, QAQB İdarə Heyyətinin və QAQB Ali Məclisinin geniş toplantılarında müzakirə olunaraq müvafiq müsbət qərar alındıqdan sonra mümkün ola bilər. Hələlik isə QAQB sədrinin və bir neçə QAQB üzvlərinin Qərbi Azərbaycan (İrəvan) Mühacir hökümətinin yaradılması məqsədi ilə yaradılmış Təşəbbüs Qrupunda iştirakları məqbul hesab olundu.

Görüşdə QAQB sədrinin şəxsi dəvəti ilə iştirak edən”İrəvan Komitəsi”nin sədri Tofiq Həsənov çıxış edərək QAQB sədri Rizvan Talıbovun Qərbi Azərbaycan yurdlarımız uğurunda 16 ildən artıqdır apardığı məqsədyönlü, səmərəli fəaliyyətinin Qərbi Azərbaycan toplumu tərəfindən, həm ölkə xaricində yaşayan həmvətənlərimiz tərəfindən, həm də rəhbəri olduğu “İrəvan Komitəsi”tərəfindəndən yüksək dəyərləndirildiyini və dəstəkləndiyini bildirdi.

İctimai birlik rəhbəri qeyd edib ki, QAQB sədri Rizvan Talıbovun Qərbi Azərbaycan probleminin unudulmamasındakı və ölkə gündəmində saxlanılmasındakı xüsusi xidmətlərini nəzərə alaraq, rəhbəri olduğu “İrəvan Komitəsi”adından Rizvan Talıbovun xüsusi Təşəkkürnamə ilə təltif olunması qərara alınmışdır!”

İrəvan Komitəsi”nin sədri Tofiq Həsənov Təşəkkürnaməni QAQB sədrinə təqdim edib.

Görüş xoş təəssüratla başa çatıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*