İnsanların sevgisin qazanmış gənc deputatlığa namizəd

İnsanların sevgisin qazanmış gənc deputatlığa namizəd

50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Novruz Aslanovun müsahibəsi

– Novruz müəllim, əvvəlcə özünüz barədə məlumat verin.

– Mən 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşam.
1994-cü ildə Sumqayıt şəhər 28 saylı orta məktəbi, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini bitirmişəm. Ali təhsili başa vurduqdan sonra hər bir Azərbaycan oğlu kimi 1999-2000 illərdə Azərbaycan Milli ordusunda N saylı hərbi hissədə xidmət etmişəm.

– İş fəaliyyətinizlə bağlı məlumat verin, zəhmət olmasa.

– Hərbi xidmətdən qayıdıqdan sonra müsabiqə yolu ilə yüksək nəticə göstərərək 2001-ci ildə Böyük Britaniyanın “Bi Pi Eksploreyşn Kaspian Si” şirkətində işə qəbul oldum və nə az, nə çox düz 10 il bu şirkətdə Təchizat Zəncirinin İdarə edilməsi departamentində müxtəlif vəzifələrdə işlədim. Əldə etdiyim bilikləri və təcrübəni artırmaq məqsədilə, həm də 2002-2005-ci illərdə Böyük Britaniyanın ”The Chartered İnstitute of Purchasing and Supply” institutunda təhsil aldım.Təbii ki, adı çəkilən nəhəng şirkətdə böyük iş təcrübəsinə malik olduğum üçün, tez-tez yerli və xarici şirkətlərdən iş təklifləri alırdım. 2011-ci ildə uzun sürən danışıqlardan sonra, Qətər dövlətində iş təklifini qəbul etdim və 2011-2012-ci illərdə “Ras-Gas” şirkətində müqavilələr üzrə müşavir vəzifəsində çalışdım. Azərbaycana döndükdən sonra 2012-2013-cü illərdə “Kaspian Payp Koatings” şirkətində müqavilələr üzrə menecer, 2013-2017-ci illərdə Fransanın nəhəng“Total Abşeron Bi.Vi.” şirkətində müqavilələr üzrə mühəndis vəzifəsində çalışmışam. Bir məsləyə toxunmaq istərdim.Tarixə nəzər salsaq, görərik ki, ölkəmiz müxtəlif dövrəldə həm siyasi, həm iqtisadi çətinliklərlə üzləşib. Xalqın təkidi ilə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk addım Azərbaycanın bütövlüyünü və müstəqlliyini qoruyub saxlamaq idi. Ulu öndərimizin Siyasi nüfuzu və bacarığı sayəsində bunu başara bildik. Müstəqilliymiz bərqarar olduqdan sonra mərhələli şəkildə bir sıra siyasi və iqtisadi reformalar həyata keçdi. İqtisadi uğurlarımıza nəzər salsaq görərik ki, 1994-ci il, 20 Sentyabr tarixi Azərbaycan tarixinə, Neft səltənəti tariximizə qızıl hərflərlə yazılıb. Bu gün qürurla vurğulamalıyıq ki, Ulu öndərimiz Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində Dövlətimiz həmin günü, bütün Nəhəng Dünya ölkələrinin nəzər nöqtəsində idi. İqtisadiyyatımız həmin gündən sürətlə inkişaf etməyə başladı. Neft sektorunun sürətli inkişafı ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verdi və bu inkişaf Ölkə başçısı Cənab İlham Əliyevin apardığı siyasət nəticəsində uğurla davam etdirilir. Baş verən uğurlu hadisələrin gedişatında bir Azərbaycanlı gənci kimi, mənim də üzərimə bir məsuliyyət düşdüyünü anlayırdım və daima dövlətimiz üçün xeyirli işlər görərək öz tövhəmi verməyə çalışırdım. Ölkəmizdə baş verən uğurlu inkişafı nəzər alaraq neft sektorunda qazandığım təcrübəni qeyri-neft sektorunda tətbiq etməyi qərara aldım və 2018-ci ildən Azərbaycan Sənaye Korporasiyası “Azəralüminium” MMC-də Satınalmalar Departamentinin Direktoru vəzifəsində fəaliyyətə başladım. 2019-cu
ildən hal-hazıradək Azərbaycan Sənaye Korporasiyası “Azəralüminium MMC-də Direktor müavini vəzifəsində çalışıram.

– Hansı dillərdə danışa bilirsiz?

– Öz ana dilimizdən başqa İngilis, Fransız, Türk və Rus dillərində sərbəst danışıram. Hal-hazırda İspan və Alman dilini öyrənirəm.

– Bildiyimiz kimi sizin idmanla da bağlılığınız və bir sıra mükafatlarınız var…

– Bəli. Təxminən 7 yaşımdan idmanla məşğul oluram. Əsasən Karate və Judo ilə məşğul olmuşam. Sağlam bədəndə sağlam ruh olar deyirlər. Mən də çalışıram ki, həmişə formada qalım.

– Hər hansı bir hobbiniz varmı?

– Bəli, var. 30 ildən artıqdır ki, marka toplayıram. Bununla yanaşı, Azərbaycana aid məlumatlar yığıram. Qədim nəşrlər, kitablar və s. Təxminən 10 mindən artıq marka toplamışam. Üstünlüyü əsasən Azərbaycana aid, xaricdə buraxılan markalara verirəm. Sirr olmasın, filatelist kimi deyə bilərəm ki, ölkəmizdə bu işlə məşğul olan yeganə insanlardanam.

– Ölkəmizi hər hansı bir tədbirdə təmsil etmisinizmi?

– (Gülümsəyir) Təbii ki, etmişəm. Bir çox Beynəlxalq konfransların, simpozium, forumların
iştirakçısı olmuşam.
İşlədiyim dövrlərdə sahələrdə beynəlxalq sertifikatlara və xüsusi mükafatlara layiq görülmüşəm.

– Novruz müəllim, namizədliyinizi irəli sürməkdə məqsədiniz nədir?

– Bilirsiniz, son dövrlərdə ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar, kadr dəyişikliklərinin baş verdiyinə hamı şahiddir. Azərbaycan son 20 ildə Beynəlxalq arenada qüdrətli dövlətə çevrilib. Ölkə başçımızın yürütdüyü düşünülmüş siyasətin nəticəsi olaraq dövlətimiz günü-gündən çiçəklənir, inkişaf edir. Buna baxmayaraq ölkəmizdə bəzi məmurların qeyri-peşəkarlığı, bəzən cəmiyyət arasında narazılıqlara səbəb olurdu. Cənab Prezident bir neçə dəfə məmurlara göstəriş verərək bildirib ki, vətəndaşı incitmək olmaz.Məmurlara tapşırıb ki, onlar daima insanlarla ünsüyyətdə olmalıdır, onları dinləməlidir və insanlara xidmət etməlidir. Buna baxmayaraq, bəzi qara qüvvələr ölkəmizi nüfuzdan salmaq istəyir. Bəzi məmurlar öz vəzifələrindən sui istifadə edərək insanları incidir və süründürməçiliklə məşğul olur. Deputatlara gəldikdə isə buraxılmış Parlamentdə bir çox Deputatlar seçildiyi əraziyə heç bir bağlılığı yox idi.Bu səbəbdən təmsil etdikləri ərazilərə gəlmirdilər, problemlərlə maraqlanmırdılar və Parlamentdə işıqlandırmırdılar. Digər səbəb Xarici dill biliyinin olmamağı problemlər yaradırdı. Bilirsiniz ki , Millət vəkili Azərbaycanı həm də Beynəlxalq arenada təmsil edir. Bu gün ölkələr arasında informasiya müharibəsi gedir. Xarici dillərə yiyələnmək, həm də informasiya savaşında daha məlumatlı, daha çevik debatlara hazır olmaq üçün vacibdir. Köhnə parlamentin əksər qismi bu və digər kriteriyalara cavab vermirdi. Bəziləri artıq yaşlanmışdı və daha enerjili kadrlara ehtiyyac duyulurdu. Bu və bir sıra səbəblərdən parlament buraxıldı. Ölkə başçımız hesab edir ki, Parlament daha gənc, enerjili, xaricdə təhsil almış, intelekt səviyyəsi yüksək, təmsil etdiyi əraziyə bağlılığı olan, dünyagörüşlü bir çox keyfiyyətlər məxsus Millət vəkilləri ilə təmsil olunmalıdır.
Bütün bu keyfiyyətləri özümdə görürəm və aidiyyatı ərazidə ağsaqqaların, sakinlərin xeyir duası və təkidi ilə Namizədliyimi irəli sürmüşəm. Mən əminəm ki, həm Abşeron-Qobustana birbaşa bağlılığım, həm intlekt səviyyəm, iş təcrübəm, dil biliyi imkanlarım və digər müsbət kriteriyalara malik olmağım buna əsas verir. Mən, mənim atam, babalarım daima Dövlətə və Dövlətçiliyə xidmət edib.
Babalarım Böyük vətən müharibəsi iştirakçısı olub. Müharibədən əvvəl və sonra müxtəlif əhəmiyyətli vəzifələrdə işləyiblər. Atam, Aslanov Telman Ağakərim oğlu AMEA-nın Polimer Materialları İnstitutunda Laboratoriya müdiri vəzifəsində çalışıb. Kimya elmlər doktorudur. 2010-cu ildə Amerikada tibb-səhiyyə üzrə İlin adamı seçilib. Anam, Quliyeva Bibixanım Qəzənfər qızı Sumqayıt şəhər 2 saylı uşaq poliklinikasında 45 il sahə həkimi-pediatr vəzifəsində çalışmışdır. Hətta Ulu babalarımdan bizə çatan belə bir deyim də var. Dövlət, millət sevgisi Vətənə, vətəndaşa xidmətdən başlayır, davam edir.Heç zaman bitmir. Necə ki , Ulu öndərimizin təməl qoyduğu siyasət bu gündə uğurla davam etdirilir və edəcəkdir.

– Seçkilərdə özünüzə kimi rəqib görürsüz?

– Aidiyyatı dairə üzrə rəqib görmürəm (gülümsəyir). Təbii ki , rəqiblərim haqqında kifayyət qədər məlumatım var və məlumatı olmayanlar da ən azından internetdən kifayyət qədər məlumat əldə edə bilərlər. Məni dəstəkləyən komanda tərəfindən hər gün analizlər, monitorinqlər aparırıq. Demək olar ki, aidiyyati dairı üzrə seçici görüşlərinə ən çox kütlə toplayan mənəm. Sadəcə, bildirmək istəyirəm ki, təmsil etdiyim ərazidən demək olar ki, bir-iki namizədi çıxmaq şərtilə digər namizədlər Abşeron-Qobustan ərazisinə bağlılığı yoxdur. Hər birinə uğurlar arzu edirəm. Arzu edirəm ki, namizədliklərini irəli sürdükləri dairədə daima insanlarla ünsüyyətdə olsunlar, onlarla maraqlansınlar. Belə bir praktika var ki, bəzən Namizədlər yalnız seçki əvvəli aidiyyatı ərazilərdə görsənirlər. Bu da insanları narahat edir. Mən belə insanlara həmişə deyirəm. Baxın,Prezidentimiz İlham Əliyevə, baxın, 1-ci vitse prezident Mehriban xanım Əliyevaya. Onlar daima xalqın arasında,daima xalqla təmasdadırlar. İnsanların maraqlandıran problemlərlə daima maraqlanırlar. Bu ənənə hər bir məmur üçün bir etalon olmalıdır.

– Yəqin ki, seçicilərlə görüşlər keçirirsiniz?

– Bəli, istər təbliğat-təşviqat üçün xüsusi ayrılmış yerlərdə, istərsə də insanların yaşadığı ərazilərdə həm fərdi, həm də toplu şəkildə insanlarla görüşdə olmuşam və böyük sevgi ilə izdihamla qarşılanmışam. Çünki, mən daima bu ərazilərdə insanlarla bir vətəndaş kimi rastlaşıram, görüşürəm, dərdləşirəm. Bu ərazidə çoxlu qohumlar, dostlar, tanışlar yaşayır. Demək olar ki, bütün görüşlərdə sakinlərlə mövcud problemlərin həlli barədə müzakirə edirik. Problemlərin əksəriyyətini bildiyim üçün, əsas müzakirə mövzularımız onların problemlərin həlli yoluna, insanların maraqlandıran digər məsələlərə və digər məsələləri əhatə edir.

– Namizədliyinizi irəli sürdüyünüz dairədə insanların əsas problemləri nədir?

– Namizədliyimi irəli sürdüyüm ərazilərdə ən çox narahat doğuran məqam mövcud problemlərin işıqlandırılmaması, aidiyyatı orqanlara çatdırılmamasıdır. Problemlərin əksəriyyəti demək olar ki, dərhal həllini tapa bilər. Sadəcə bunları işıqlandıran aidiyyatı şəxslər bu ərazilərdə demək olar ki , çox gec-gec tapılırlar və ya heç görsənmirlər. Çünki, bu ərazilərlə heç bir bağlılıqları yoxdur və maraq göstərmirlər. Bu da insanların inamının itməsinə gətirib çıxarır.

– Seçicilərlə ünsüyyətdə olarkən hansı maraqlı məqamları deyə bilərsiniz?

– Bu yaxınlarda seçicilərlə görüşdə bir nəfər mənə bildirdi ki, gələcək namizədlərdən bəzisi söz verir ki, sizə yol, su çəkəcəm, bəzisi şirniyyat paylatdırır, bəzisi müxtəlif hədiyyələr, bəzisi yeyib-içmək məclisləri təşkil edir, hətta pul paylayanlarda var. Siz niyə bunları etmirsiz? Mən onlara izah edirəm ki, ölkəmizin yol çəkməyə də, su çəkməyə və digər məsələlər üçün kifayyət qədər vəsaiti var və bu istiqamətdə işlər planlı sürətdə gedir. Ölkə başçımız ölkəmizin hər tərəfli inkişafı üçün demək olar ki, hər gün müxtəlif sərəncamlar imzalayır. Qaldı insanlara hədiyyələr, pul paylamaq və digər xoşa gəlməz addımların hamısı qanunlara ziddir və şəffalığa kölgə salmaqdan başqa bir şey deyil. Əgər bu insanlar xeyriyəçiliynən məşğul olmaq istəyirlərsə bunu seçkidən qabaq niyə etmirdilər? Xalqın gözü tərəzidir və insanları aldatmaq olmaz. Bu cür hadisələr yolverilməzdir. Bəzən kütləvi informasiya vasitələrində, internetdə sakinlərin görüşlərə məcbur sürətdə gətirilməsi, bəzi marağı olan insanların gələcək namizədlərə qeyri-qanuni dəstəyi barədə məlumatlar dərc olunur. Belə hallar heçdə xoşa gələn deyil. Düşünmək lazımdır ki, heç bir maddi maraq və ya təzyiqlə sevgi qazanmaq olmaz. Hamının marağı şəfaf, dövlətimizə xidmət, ölkəmizin inkişafına təkan məqsədli olmalıdır.

– Seçicilərə nə demək istərdiz?

– Hamını bir nəfər kimi 9 Fevral, 2020-ci ildə seçkilərdə iştiraka səsləyirəm. Hər bir Azərbaycan vətəndaşı öz Seçki hüququndan birmənalı olaraq istifadə etməli və layiqli namizədə səs verməlidir.
Onlardan xahiş edirəm ki, onları narahat edən məsələlərlə bağlı mənimlə daima əlaqə saxlasınlar. İstər telefon, istər email və ya sosial şəbəkələr üzərindən. Çünki, vətəndaşa xidmət bir göstərişdi, bir öhdəlikdir, bir vacibatdır. Azərbaycan Reapublikasına xidmət edirəm.

– Sizə uğurlar arzu edirik Novruz Aslanov.

– Təşəkkür edirəm. Ümidvaram ki, müsahibə uğurlu keçdi.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*