Hacı Abid Qafarovun görünən və görünməyən tərəfləri -Araşdırma.

Hacı Abid Qafarovun görünən və görünməyən tərəfləri -Araşdırma.

9 fevral seçkiləri ərəfəsində və seçkidən sonra 1000 nəfərdən artıq namizədin fəaliyyətini daim diqqətdə saxlamışıq.Maksimum dərəcədə çalışmışıq ki, seçki marafonunda iştirak edən namizədlərin təbliğat-təşviqat kompaniyasında onların yanında olaq və müstəqil namizədlərə KIV olaraq dəstəyimizi əsirgəmiyək.Peşə fəaliyətimizdən irəli gələrək,namizədlərin çıxışlarını, onların fikirlərini təhlil edərək ictimai-siyasi situasiyanın qiymətləndirilməsinə nail olmağa çalışmışıq.Bu nöqteyi nəzərdən 14 saylı dairədən namizədliyini irəli sürən Hacı Abid Qafarovun seçki təbliğatı diqqətimizdən yayınmayıb.Bəlağətli danışıq tərzi ilə diqqət çəkən Abid Qafarovun ilk günlərdən cəmiyyətə sırımaq istədiyi zəhərli tezisləri hiss etsək də, bunu onun təcrübəsizliyi və gənc olması ilə əlaqələndirməyə çalışdıq.Lakin,sonrakı proseslər onu deməyə əsas verdi ki,Hacı titulu qazanan Abid Qafarov heç də təcrübəsiz və avam deyilmiş.Qatı dindar kəsimə xas olan danışıq tərzi və siyasi gedişləri ilə Abid Qafarov özü də bilmədən xislətini ortaya qoyduğunu dərk etmədi.Ətrafına topladığı kənd sakinlərini ,əxlaqı və saflığı ilə seçilən Bakı kəndlərinin seçicilərini ustalıqla tora salaraq onlardan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışdı.9 fevral seçkiləri üçün yaradılan demokratik şərait Abid Qafarovun bütün gücünü ortaya qoymasına münbit şərait yaratdı.Özünü Hacı titulu ilə sığortalayaraq demokrat kimi görünməyə çalışan Abidin əsl kimliyini bilmək üçün çox zamana da ehtiyyac olmadı.Elə təbliğatın ilk günlərində ətrafındakı insanların ,,sağ ol Həci ”, ,,var ol Həci ”, ,,Həci bizim deputatımızdır”, ,,Həci ürəydir” kimi populist çığırtıları Hacını əməlli-başlı ruhlandırmışdı.Qanadlanıb səmalarda pərvaz edən Abid Qafarovun səsi çox keçmədi ki, Azərbaycanın hüdudlarından kənarda gəlməyə başladı.Mühacirətdə mövcud hakimiyyətə qarşı radikal və dağıdıcı mövqeyi ilə tanınan Qurban Məmmədovun ,,böyük məmnuniyyətlə” özünü ,Bakı kəndlərinin ,,Lideri”kimi təqdim etməyə çalışan ,,gənc siyasətçini ” Youtube platformasından yayımlanan kanalına dəvət edir.Azərbaycanda kifayət qədər ,,məşhurlaşdığını və siyasi Liderə ” çevrildiyi qənaətinə gələn,özündən müştəbeh Abid Qafarov , özünə daha ağıllı görkəm verərək Qurban Məmmədovla birlikdə silsilə yayımlarda iştirak etməyə başlayır.Bakı kəndlərindən kənara çıxmayan ,bığ yeri yenicə tərləyən Abid Qafarov çox asanlıqla , 90-cı illərdən hiyləgər gedişləri ilə ölkə siyasətinə yetərincə zərər vurmağı bacaran , üzü-üzlər görmüş Qurban Məmmədovun ,,toruna” düşür.Abid Qafarovla Qurban Məmmədovun söhbətləri o qədər maraqlı alınır ki,Abid Qafarov içində və beynində olan bir çox gizlinləri açmağa məcbur olur.Söhbətlər o qədər qızışır ki,Abid Qafarov Azərbaycanda Latın qrafikası deyil,ərəb əlifbasının dövlət səviyyəsində qəbul olunmasını məqsədəuyğun hesab edir.Bu yerdə ,,xoruzun quyruğu ” görünməyə başlayır.Əcəba , Hacı !?…Bu ideyanın müəllifləri kimlərdir və yaxud bu tezisləri səsləndirmək üçün Abid Qafarov haralardan tapşırıqlar alır?…Yerli KIV -lərə verdiyi müsahibələrdə dövlətdən və dövlətçilikdən dəm vuran Abid Qafarov ,Qurban Məmmədovun kanalında 180dərəcə dəyişərək ağzına gələni danışır və özünü müxalifət əzabkeşi kimi qələmə verir.,,Youtube” kanalında Abid Qafarovun çıxışlarını təhlil edərkən açıq-aşkar hiss olunur ki,o dövlət üçün zərərli sayıla biləcək tendensiyaları ,,ustalıqla” gündəmə gətirir və dağıdıcı ,,fikirlərini” ictimai rəyə sırımaq üçün əlindən gələni edir.Heç kimə sirr deyil ki, Bakı kəndlərində yaşayan yerli əhali öz intelektual səviyyəsi ,dünyagörüşü, mənəvi və əxlaqi dəyərləri qonaqpərvərliyi o cümlədən dövlətə və dövlətçiliyə qarşı münasibəti ilə daima fərqləniblər.90-cı illərdən bu günə kimi Bakı kəndləri ictimai-siyasi proseslərdə aktiv iştirak edərək həmişə dövlətin yanında olduqlarını sübut ediblər.Bununla paralel olaraq bəzi xarici və daxili destruktiv ,dağıdıcı qüvvələr Bakı kəndlərini öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstəriblər.Belə cəhdlərin qarşısı vaxtında alınsa da , baş verənlər onu deməyə əsas verir ki, yuxarıda qeyd etdiyimiz separat və din pərdəsi altında maskalanmış qüvvələr imkan düşən kimi zərərli ideyaların təbliğinə start verirlər.Bunun üçün Bakı kəndlərindən münasib adamlar seçilir, təlimatlandırılır və müxtəlif adlar altında ictimaiyyətə təqdim olunur.Hacı Abid Qafarovun da xüsusi mərkəzlərdən idarə olunan siyasi qüvvələrin təmsilçisi rolunda meydana çıxması üçün kifayət qədər əsaslar görünməkdədir.9fevraldakı seçki sınağından ,,uğurlu”çıxan Abid Qafarovun üzərinə artıq yeni vəzifələr qoyulur.Bu yaxınlarda ,,Bakı Birlik Təşkilatı”adlı qurum təsis olunub , rəhbəri də Abid Qafarovdur.O Abid Qafarov ki , onun ictimai-siyasi fəaliyyətinin çox cüzi bir hissəsini dəyərli oxucularımızla bölüşdük.Abid Qafarovun regionçuluğu necə təbliğ etməsi , Bakı kəndlərində yerli əhalinin arasında apardığı anti-milli təbliğatın geniş spektrı barəsində ətraflı məlumat verəcəyik.Xatırladaq ki, bu və hazırlanacaq digər məqalələr zamanı Abid Qafarovun Youtube kanalındakı çıxışlarına istinad edilir.Mövzu ilə bağlı Abid Qafarovun mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var …

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*