Ermənistan ordusu Tərtərdə qəbiristanlığı atəşə tutub, 3 mülki şəxs həlak olub, 5-i yaralanıb

Ermənistan ordusu Tərtərdə qəbiristanlığı atəşə tutub, 3 mülki şəxs həlak olub, 5-i yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində ölən və yaralananların adları açıqlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə nəticəsində Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989), Zamanov Şakir Xasay oğlu (1988) həlak olub, Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979) və Qəzənfərli Rafael Qəzənfər oğlu (1986) isə yaralanıb. 

Həmin şəxlər qəbiristanlıqda yaxınlarının məzarını ziyarət edərkən düşmən artilleriyasının atəşinə tuş gəliblər. 

***

14:03

Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlak olub. 3 nəfər isə yaralanıb: “Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, erməni silahlı birləşmələri Tərtər şəhər qəbiristanlığını artilleriya atəşinə tutublar.

Həlak olanların və yaralananların kimliyi dəqiqləşdirilir.  

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*