Papilloma virusunun yaranma səbəbləri və müalicə üsulları

Arzu Tağıyev
TƏBİB-in tabeliyindəki Respublika Dəri-Zöhrəvi Mərkəzinin şöbə müdiri,dermatoveneroloq
Bu,insan papilloma virusunun orqanizmdə səbəb olduğu normal infeksiya prossesidir
Bu vaxt immunitet sisteminin virusdan tamamilə qurtulması üçün kifayət edir.Belə halda insan papilloma virudu orqanizmə heç bir ziyan vurmur.Yəni,əgər bir müddət əvvəl insanda papilloma virusu müşahidə edilibsə və indi yoxdursa,bu tamamilə normaldır!
Nəzərə almaq lazımdır ki,insanların immunitet sistemi fərqli çalışır.Bu səbəbdən də virusdan qurtulma müddəti cinsi partnyorlarda müxtəlif dövrlərə təsadüf edə bilər.Buna görə də partnyorlardan birində insan papilloma virusunun aşkar edilməsi,digərində isə olmaması kimi hallarla rastlaşmaq mümkündür.
Yüksək risk qrupuna daxil insan papilloma virusları uşaqlıq ağzı xərçəngi və xərçəng xəstəliyinin bəzi növlərinin inkişafına səbəb ola biləcəkləri üçün təhlükəli sayılırlar.Yüksək risk qrupuna daxil bu viruslar başqa problemə səbəb olmurlar.
İnsan papilloma virusu uşaqlıq ağzı,selikli vagina iltihabı,menstrual dövrün pozulması və ya sonsuzluq kimi problemlərə səbəb olmur.
İnsan papilloma virusu hamilə qalmaq və hamiləliyi davam etdirmə qabiliyyətinə təsir etmir.
Yüksək risk qrupuna daxil insan papilloma virusları hamiləlik və doğuş zamanı körpəyə ötürülmür.
İnsan papilloma virusunun diaqnostikası
25 yaşa qədər onkoloji risk daşıyan insan papilloma virusundan analiz vermək mənasızdır (Amma 8 yaşından cinsi həyata başlayan qadınlar bu siyahıya aid deyil),çünki bu dövr ərzində orqanizmi özü tərk edəcək virusu müəyyən etmək ehtimalı yüksəkdir.
25-30 yaşdan sonra analiz vermək məntiqə uyğundur:
Bu analiz sitologiya ilə birlikdə vermək lazımdır.Çünki əgər PAP-testdə və yüksək risk qrupuna daxil insan papilloma virusunda dəyişiklik varsa,bu vəziyyəy xüsüsi diqqət tələb edir.
Analizləri bu qaydafa vermək lazımdır:
İldə bir dəfə(əgər yüksək risk qrupuna daxil insan papilloma virusu əvvəllər müəyyən edilibsə);
Əgər yuxarıdakı analiz neqativ cavablanıbsa,5 ildə bir dəfə.
Aşağı onkoloji risk qrupuna daxil insan papilloma virusundan analiz vermək o qədər də vacib deyil.Əgər papilloma yoxdursa,prinsip etibarı ilə analiz vermək mənasızdır.Virus daşıyıcılığı mümkündür,virusun müalicəsi mümkün deyil,buna görə də analiz cavabı ilə nə etmək lazım olduğu naməlumdur.
İnsan papilloma virusunun müalicəsi
İnsan papilloma virusunun medikamentoz müalicəsi yoxdur.İnsan papilloma virusunun vəziyyətinə(papilloma,displaziya,uşaqlıq ağzı xərçəngi)uyğun olaraq müalicə üsulları var.
Bu müalicə cərrahi alətlərin(lazer,radiobıçaq,kriokoaqulyasiya)tətbiqi ilə həyata keçirilir.
Heç bir immun stimulyator insan papilloma virusunun müalicəsinə aid deyil və tətbiq olunmamalıdır.
Cinsi partnyorların müalicəsi tələb olunmur(partnyorların hər birinin cinsi orqanında papilloma varsa,istisnai vəziyyətdir).
İnsan papilloma virusuna yoluxanların profilaktikası
İnsan papilloma virusunun 16 və ya 18-ci növündən qoruyan vaksin kəşf edilin(vaksinlərdən biro 6 və 11-ci tiplərdən də qoruyur).16 və 18-ci tiplər uşaqlıq ağzı xərçənginə səbəb olduğu üçün onlardan qorunmaq vacibdir.Vaksinasiya dünyanın 45 ölkəsində həyata keçirilir.
Prezervativ(100 faizlik müdafiəni təmin etmir).
100 faizlik müdafiəni təmin edən yeganə üsul təsadüfi cinsi əlaqədən uzaq durmaqdır.