"Hüquq360" mobil tətbiqi istifadəçılərə təqdim olunub

“Hüquq 360” mobil tətbiqi əhali üçün istifadəçilərə hüquqi cəhətdən xidmətlər göstərən innovativ tətbiqdir. İsdifadəçilər bu mobil tətbiq vasitəsi ilə qeydiyyatdan keçərək özlərinə şəxsi həsab yaratmış olurlar. Daha sonra yaratdıqları hesabla tətbiqə daxil olub, onlara proqram təminatında kateqoriyalar bölməsində sadalanan hüquqi məsləhətlərdən seçim etməklə istifadə edirlər. Bu prosesdən sonra isdifadəçilərin qarşısına dərhal seçdiyi kateqoriyaya uyğun hüquqi xidmət göstərəcək "Vəkil" və ya "Vəkillər"-lə birbaşa əlaqə qurmaq imkanına sahib olurlar. İsdifadəçi "Vəkili" onun reytinqinə , "Vəkil" profilindəki isdifadəçi rəylərinə həmçinin Haqqında olan bütün məlumatlarla tanış olaraq sərbəst şəkildə seçim hüququna malikdir. "Vəkillə" tətbiq vasitəsi ilə əlaqə saxlamaq isdədikdə isə "Vəkil" profilindəki müvafiq zəng et düyməsinə toxunaraq bunu həyata keçirir. Bunu redaksiyamıza layihə rəhbəri hüquqşunas Ramid Yusifbəyli bildirdi. Habelə Ramid Yusifbəyli qeyd etdi ki, rəqəmsal dövrdə sosial media platformalarının həyatımızdakı rolu sürətlə artdığı üçün fərdi və ictimai hüquqların qorunması və pozuntuların qarşısının alınması əsas məsələdir. Bu layihə, sosial mediada hüquqi problemləri araşdırmaq və istifadəçiləri rəqəmsal mühitdə hüquqlarını qorumaq barədə maarifləndirmək məqsədini daşıyır. Layihə, həmçinin etik davranışları təşviq edərək sosial mediada daha təhlükəsiz və qanuni mühit yaratmağa çalışır. Tətbiq istifadəçilər üçün pulsuzdur. Ümumilikdə “Hüquq360” tətbiqi istifadəçilər üçün olduqca sürətli və innovativ bir tətbiq olmaqla yanaşı həm də tətbiqin isdifadəçi interfeysi çox dostculdur. Qeyd etmək yerinə düşər ki, bu “Hüquq 360” mobil tətbiqi Azərbaycanda bir ilk və yeganə tətbiqdir. Tətbiqdə istifadəçilər rahatlıqla qeydiyyatdan keçə, daxil ola, öz məlumatları ilə tanış ola bilərlər. Bununla yanaşı istifadəçilər onlara xidmət gösdərəcək "Vəkillərin" - də məlumatları ilə tanış olaraq onlara reytinq və ya rəy bildirə bilərlər. “Hüquq 360” mobil tətbiqində qeydiyyatdan keçən vəkillər yüksək ixtisaslı və peşəkar hüquqşunaslardır. Məqsəd sosial medianın artan rolu ilə bağlı hüquqi problemləri təhlil etmək və cəmiyyəti rəqəmsal mühitdə hüquqlarının qorunması mövzusunda maarifləndirməkdir. Layihə, rəqəmsal dövrün hüquqi çətinliklərinə cavab olaraq, hüquq və texnologiya sahələrini birləşdirərək fərdlərə və cəmiyyətə fayda vermək məqsədini güdür. Bu yanaşma ilə həm hüquq pozuntularına qarşı mübarizə güclənəcək, həm də cəmiyyətin rəqəmsal bilik və bacarıqları artırılacaq.
Bu fəaliyyətlər nəticəsində sosial media istifadəçiləri, xüsusilə də gənclər, valideynlər və qadınlar, rəqəmsal hüquqları və təhlükəsizlik qaydaları barədə daha məlumatlı olacaq. Hüquq pozuntuları ilə mübarizə mexanizmləri güclənəcək, etik davranışlar təşviq ediləcək və daha təhlükəsiz rəqəmsal mühit yaradılacaq.
Mobil tətbiqi həm "App Store", həm də "Google Play Store"dan yükləmək olar.
Qeyd: “Hüquq 360” mobil tətbiqi müəllif hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu və Qanunvericilik aktlarına əsasən qorunur.
Vəkil Ramid Yusifbəyli