Bakı Xoreoqrafiya Akademiyasında Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin və orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə və şagird heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ədəbi-bədii hissədən ibarət tədbirdə şagird və tələbələrin ifasında Xocalı soyqırımına həsr olunmuş şeir nümunələri və rəqs kompozisiyası nümayiş olunub.
Həmçinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərinə səfərlərinin əks olunduğu videoçarx da nümayiş olunub.