Bu gün Brüsseldə Aİ XİN rəhbərləri Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcək
İrəvan və Bakı arasında münasibətlər Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin bazar ertəsi Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.
“Sputnik Armenia”ya istinadən xəbər verilir ki, bu barədə Aİ-nin yüksək vəzifəli rəsmisi deyib.
Onun sözlərinə görə, nazirlər həmçinin, Ermənistandakı müşahidə missiyasının genişləndirilməsini də müzakirə edəcəklər.











