İsraildə Azərbaycan vətəndaşı itkin düşüb? - XİN-dən AÇIQLAMA

İsraildə azərbaycanlının itkin düşməsi ilə bağlı məlumat təsdiq olunmayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, HƏMAS-ın hücumları nəticəsində İsraildə 7 Azərbaycan əsilli şəxs həlak olub.
Həlak olan 7 nəfərin siyahısı:
Şamil Abbasov (İsrail vətəndaşı)
Emin Axundov (İsrail vətəndaşı)
İlkin Nəzərov (Azərbaycan vətəndaşı)
Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)
Roman Gandel (İsrail vətəndaşı)
Eden Abdullayev (İsrail vətəndaşı)
Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.