Zəlzələ ilə bağlı mətbuat konfransı keçirilib (VİDEO)

Zəlzələ ilə bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Xəzər dənizində baş vermiş zəlzələyə dair Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli media nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, gecə saatlarında Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bal, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.