Paşinyan yenə qəbul etdi ki, Qarabağ Azərbaycandır

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də beynəlxalq platformada qəbul etdi ki, Qarabağ Azərbaycandır.
Reykyavikdə Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşündə o, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.
O xatırladıb ki, bundan əvvəl Ermənistan və Azərbaycan Fransa prezidenti Emmanuel Makronun və Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Almatı bəyannaməsi əsasında münasibətlərin normallaşması barədə razılığa gəlib.
"Üç gün öncə Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə irəliyə doğru addım ataraq Ermənistanın Azərbaycanın 86 600 kv km ərazisini, Azərbaycanın isə Ermənistanın 29,800 kv km ərazisini tanıdığını vurğuladıq", - deyə Ermənistanın baş naziri qeyd edib.