Türkiyədə baş verən son zəlzələ nəticəsində ölənlərin sayı 6-ya çatıb, 294 nəfər yaralanıb

Türkiyədə baş verən son zəlzələ nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ nəticəsində 294 nəfərin yaralandığı bildirmişdi. Onun sözlərinə görə, yaralılardan 18-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, ötən axşam Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.
Xatırladaq ki, ötən axşam Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.