Mehriban Əliyevanın göstərişi ilə göndərilən daha bir humanitar yardım təyyarəsi Türkiyəyə eniş edib

Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə göndərilən daha bir humanitar yardım daşıyan təyyarə eniş edib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.