İsfar Sarabski Avstriyada konsert verib

İsfar Sarabski Avstriyada konsert verib

Martın 9-da Avstriyanın Baden şəhərində Azərbaycanın Əməkdar artisti, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu konsert proqramı ilə çıxış edib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi konsert Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 80 illiyinə həsr olunub.

Konsertdən öncə Baden Şəhər Bələdiyyəsinin üzvü Ernst Şebesta Azərbaycan Mədəniyyət Mərkəzi ilə artıq ənənə halını alan mədəni əməkdaşlıq qurulduğunu və Badendə indiyədək müxtəlif səpkidə birgə tədbirlərin keçirildiyini bildirib. O, görkəmli Azərbaycan bəstəkarı və cazmen V. Mustafazadənin yubileyinin Baden şəhərində baş tutmasından məmnunluğunu ifadə edib.

Konsert çərçivəsində İsfar Sarabskinin rəhbərlik etdiyi caz kvarteti V. Mustafazdə, Y. S. Bax, P. İ. Çaykovski və digər bəstəkarların əsərlərini özünəməxsus caz üslubunda təqdim edib. İsfar Sarabskinin bəstələdiyi “Planet“, “Qarabağ atları“, “Vaqifə ithafən popurri“ və digər əsərləri, eləcə də tar musiqi alətinin ifasında etno-caz üslubundakı kompozisiyalar böyük maraqla qarşılanıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*